Yay sessiyası nə vaxt başlayır?
Dərs ilinin bitməsinə olduqca az müddət qalıb. Bəzi universitetlərdə hələ yay imtahan sessiyası başlamasa da, bəzilərində artıq başa çatıb. Yay imtahan sessiyası hər universitetdə müxtəlif tarixlərdə keçirilir.
AzEdu.az-a istinadən xəbər verir. Azərbaycanın aparıcı ali təhsil müəssisələrində yay imtahan sessiyasının və dövlət imtahanlarının vaxtını araşdırıb.
Bakı Dövlət Universitetində iyun ayının əvvəlindən etibarən yay imtahan sessiyası start götürəcək. Əsasən, IV kurs tələbələri üçün nəzərdə tutulan dövlət imtahanlarının isə mayın 29-da keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Tibb Universitetində yay sessiya imtahanları artıq başlayıb. Dövlət imtahanlarının iyun ayının 1-dən etibarən keçirilməsi planlaşdırılır.
Azərbaycan Diplomatik Akademiyasında bütün imtahanlar başa çatıb.
Azərbaycan Dillər Universitetində sessiya imtahanları 2 iyun tarixindən başlayacaq. 23 iyundan isə dövlət imtahanları start götürəcək.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yay imtahan sessiyası iyunun 1-dən, diplom müdafiələri isə iyunun 8-dən start götürəcək.
Azərbaycan Dövlət İqtisad Universitetində yay imtahan sessiyası 1 iyundan 5 iyula qədər davam edəcək. 22 iyundan etibarən başlayacaq diplom işlərinin müdafiə mərhələsi 5 iyul 2018-ci ildə başa çatacaq.
Azərbaycan Texniki Universitetində diplom işlərinin müdafiəsinin iyunun 10-dan iyulun 4-nə kimi bitməsi nəzərdə tutulub. Yay sessiya imtahanları isə iyunun 1-dən iyulun 3-nə qədər davam edəcək.


Valideynlər ADU-da imtahan prosesinin təşkilindən razı qalıblar

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri ELAN EDİLDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Elektron sistem bu tədris müəssisələrində tətbiq olunacaq -SİYAHI

BSU-da qış imtahan sessiyası ilə bağlı "Açıq qapı" günü keçirilib

AMEA-da magistrantların sessiya imtahanları başlanıb

ADU-da imtahanlar başladı

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib

İyunun 11-i verilən I və IV qrupların sınaq imtahanlarının cavabları açıqlanıb

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzində iyunun 3-də növbəti SAT imtahanları keçirilib

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Qafqaz Universitetinin ləğvetmə komissiyası işini başa çatdırıb

ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı

Qış imtahan sessiyası bitəndən sonra tələbələr digər universitetlərə köçürüləcək

ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası davam edir

ADPU-də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir

ADPU-nun Cəlilabad filialında payız semestrinin imtahanları keçirilib

Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır

Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?