AzTehsil.com


Xəbərlər / Orta ixtisas
06 mart 2018
3 153


"Ən yaxşı məktəb saytı" müsabiqəsində qalib olan təhsil müəssisələri



"Ən yaxşı məktəb saytı" müsabiqəsində qalib olan təhsil müəssisələri

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) paytaxt məktəbləri arasında təşkil edilən "Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Aztehsil.com xəbər verir ki, bu barədə BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, Bakının 12 rayonunu əhatə edən ümumtəhsil müəssisələri arasında Binəqədi rayonu üzrə 283, Sabunçu rayonu üzrə 72, Xətai rayonu üzrə 171, Nərimanov rayonu üzrə 57, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 195, Suraxanı rayonu üzrə 232, Xəzər rayonu üzrə 230, Nəsimi rayonu üzrə 247, Nizami rayonu üzrə 145, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 173 nömrəli tam orta məktəblər münsiflər heyəti tərəfindən "Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri seçilib.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumtəhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ çatdırılması, təhsil müəssisələrinin qazandığı uğurlar və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu bildirib.

İdarə müdiri bütün məktəb saytları üzrə müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsinin, məktəb haqqında göstəricilərin hazırkı vəziyyətə uyğunlaşdırılmasının zəruriliyini qeyd edib. Məktəb saytlarında şagird və müəllimlərin fəaliyyəti ilə bağlı yeni bölmələrin açılması, operativliyin artırılması və maarifləndirici məqalələrin yerləşdirilməsi tövsiyə olunub.

Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb, müsabiqənin təşkilinə görə təşəkkürlərini bildiriblər.

Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər BŞTİ tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

"Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilinin əvvəlindən başlanılıb. Müsabiqə üzrə tədris ili ərzində iki dəfə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.



Загрузка...
Həmçinin oxuyun:
Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Qaradağ rayonunun daha üç məktəbində görüşlər keçirilib

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Bakı məktəblərində Təsərrüfat qrupları yaradılıb

Bakı məktəblərində Təsərrüfat qrupları yaradılıb

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Balakən rayonu E. Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəb

Balakən rayonu E. Əliqayev adına Qullar 2 saylı kənd tam orta məktəb

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

Növbəti “Məktəb seminarları” Sabunçu rayonunda

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

Nərimanovda təhsil müzakirələrinə Start Verildi

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

Məktəb direktorları və müəllimlər üçün "Dəyirmi Masa" keçirilib

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

Ağstafa rayonu Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbdə “Mehriban səma” mövzusunda açıq dərs kecirilib

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

“Zirvə” intelektual bilik yarışmasının Ağstafa rayonu üzrə seçim turu keçirilib

“Zirvə” intelektual bilik yarışmasının Ağstafa rayonu üzrə seçim turu keçirilib