AzTehsil.com


Xəbərlər
11 fevral 2017
3 102


"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib



"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib. Aztehsil.com apa-ya istinadən xəbər verir ki, təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon-şəhər, ölkə üzrə olmaqla 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.
 

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib

 

Bildirilib ki, paytaxtdakı 258 nömrəli tam orta məktəbdə və Məktəb-Lisey Kompleksində keçirilən şəhər mərhələsində Bakının 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 176 şagird iştirak edib.
 

 

Şagirdlərə 2 variant üzrə Azərbaycan və dünya ədəbuyyatından 12 açıq sual verilib, eyni zamanda müsabiqə iştirakçıları verilən mövzu üzrə esse yazıblar.
 
Müsabiqənin şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.



Загрузка...