Xəbərlər, Müəllim
25 fevral 2018

Biləsuvar müəllimlərindən ölkə başçısına şok müraciət: “Bizdən pul yığırlar”

Biləsuvar müəllimlərindən ölkə başçısına şok müraciət: “Bizdən pul yığırlar”

 

Biləsuvar rayonunda abadlıq işləri üçün müəllimlərdən pul yığmağa başlayıblar.
 
Bu barədə müəllimlərin bir qrupu şikayət məktubu yazıblar.
 
Qlobal.az AzToday.az–a istinadən xəbər verir ki, hazırda rayonda quruculuq işləri aparılır və Bəydilli istiqamətində yollar, küçələr təmir olunur, yol kənarındakı evlərin üstü dəyişdirilir.
 
Bu işlərə rayonun məmurları, təhsil və səhiyyə və digər qurumların işçiləri də cəlb edilib. Hətta məktəb direktorları bu işdə briqadir kimi fəhlələrin üzərində saxlanıldığı iddia edilir.
 
Müəllimlərin müraciətində qeyd olunur ki, abadlaşdırılan sahələr rayondakı qurumlar – təhsil, səhiyyə, mədəniyyət və digər orqanlar arasında bölüşdürülüb: "Hər kəs, hər qurum ona ayrılan sahənin təmir olunmasına nəzarət edir və cavabdehdir”.
 
Müəllimlər bu tapşırığın şəxsən icra başçısı Mahir Quliyev tərəfindən verildiyini deyirlər.
 
Onların sözlərinə görə, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazimov da ona qoyulan tələbi yerinə yetirməyə çalışır. Belə ki, məktəb direktorlarını yanına çağıran Kazımov müəllimlərdən pul yığmağı tələb edib.
 
Müraciət edən müəllimlər qeyd ediblər ki, hər məktəbin üzərinə müəllim və işçi kontingentinin sayına uyğun – 1000-1500 manat ödəmək öhdəliyi qoyulub. Bu da rayonda ciddi narazılıq yaradıb: "Məktəb var ki, orada müəllim 50 manat pul verməlidir. Gəlin, diqqət edin, baxın. Direktorları briqadir kimi işlədirlər. Ölkədə müəllimə qoyulan hörmət bundan artıq ola bilməzdi”.
 
Müəllimlər bildiriblər ki, onlar bununla bağlı ölkə başçısına da müraciət edəcəklər və yaxın günlərdə prezidentin sözügedən rayon səfər edəcəyi gözlənilir. Əslində, abadlıq işlərinin sürətləndirilməsi də məhz ölkə başçısın səfəri ilə bağlıdır.
 
Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımovla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qlobal.az










Загрузка...
loading...

Həmçinin oxuyun:
“Hər birindən 7 min manat rüşvət alır…”

“Hər birindən 7 min manat rüşvət alır…”

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Qubada modul tipli məktəb istifadəyə verildi

Qubada modul tipli məktəb istifadəyə verildi

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Cəlilabadda gənc müəllimlər

Cəlilabadda gənc müəllimlər "gəlmə" deyə sıxışdırılır

Bəzi uşaq bağçalarında tibb işçisi yoxdur - VİDEO

Bəzi uşaq bağçalarında tibb işçisi yoxdur - VİDEO

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Prezident səfəri: Ağcabədinin icra başçısı müəllimlərə küçə süpürtdü

Prezident Gəncədəki orta məktəbdə oldu

Prezident Gəncədəki orta məktəbdə oldu

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Şamaxı məktəbində QALMAQAL- Direktor ittihamlara cavab verdi

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

İcra başçısı məktəb direktorlarını döydü - ŞOK - VİDEO

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Quba təhsilində özbaşınalıq -

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Nazirlikdən yeni qərar, 80-dən çox müəllim işdən çıxarılıb - 23 illik stajı olan da var

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Bakıda əsaslı təmir olunan məktəblərin siyahısı açıqlanıb

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

130 məktəbdə təmir işləri aparılmalıdır

130 məktəbdə təmir işləri aparılmalıdır