Məktəbdə halal məhsulların satılmasına qadağa qoyuldu -SƏBƏB
Fransada keçən ay spirtli içki və donuz tərkibli məhsullar satılmayan market məhkəmə qərarı ilə bağladılıb.
Məlumata görə, Fransanın cənubunda yerləşən və nəzdindəki 600 şagirddən 150-si müsəlman olan məktəbdə tərkibində donuz əti olmayan halal yeməklərin satılmasına qadağa qoyulub.
Avignon bölgəsinin cənubunda qalan Beaucaire qəsəbəsinin bələdiyyə sədri Julien Sanchez məktəbdə halal məhsulların satılmasının qadağan olunduğunu açıqlayıb.
Məktəb rəhbərliyi bu qadağanı belə əsaslandırıb:
"Müsəlman və yəhudi tələbələr üçün donuz əti olmayan yeməklərin aparılması tələbələri müsəlman, yəhudi, xristian deyə ayırır. Bu da tələbələrə qarşı ayrı-seçkilik deməkdir”.
Qəsəbənin müxalifət siyasətçilərindən Laura Cordelet bu qadağanın uşaq hüquqlarına təzyiq olduğunu açıqlayıb.