Müəllim və valideynlərin NƏZƏRİNƏ -MÜRACİƏTLƏR DİNLƏNİLƏCƏK
Yanvarın 12-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, Bakıdakı Məktəb-Lisey Kompleksində (Ünvan: F.Xoyski küçəsi 78) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.