AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
03 yanvar 2018
10 841


Uşaqlarda nitq qüsurları nədən yaranır?



Uşaqlarda nitq qüsurları nədən yaranır?

"Uşaqlarda nitq qüsurları geniş yayılan problemlərdən biridir. Edilən müraciətlərə əsasən demək olar ki, xüsusilə yeni danışmağa başlayan - yəni 15-18 ayından başlayaraq məktəb yaşı dönəminədək olan dövrdə bu və ya digər dərəcədə nitq qüsuru problemi olan uşaqlar çoxdur”.


Aztəhsil.com apa-ya istinadla xəbər verir ki, bunu uşaq nevroloqu, Tibb Universitetinin Tədris Terapevtik Klinikasının əməkdaşı Rima İbadova deyib.


Mütəxəssis deyib ki, nitqdə yaranan problemlər çox geniş bir məfhumdur və nitq qüsurlarının səbəbləri müxtəlif olur. Bəzi hallarda danışmada olan ləngimə genetik olur, bəzi hallarda isə bunun çox ciddi səbəbləri ortaya çıxır:

 

"Bunu ilkin olaraq valideynlər hiss edir. Ona görə də valideynlər daha diqqətli olmalıdırlar. İki-üç aylıq uşaq  qığıldamalıdır, 6-8 aylıqda bəzi hecaları deməli, göz kontaktı ilə adına reaksiya verməli, 1 yaşından başlayaraq istiqamətli bir neçə söz deməlidir. Əgər uşaq 1 yaşında göz kontaktı qura bilmirsə, mütləq mütəxəssisə müraciət olunmalıdır. Təbii ki, uşaqları öncə pediatrlar görürlər. Pediatrlar hər hansı nitq ləngiməsindən şübhələnərlərsə o zaman  nevroloqa müraciət edilməlidir. Hər hansı nevroloji problem aşkarlanmasa, yəni nitq probleminin nevroloji problemdən qaynaqlanmadığı məlum olsa, məsələn, bunun autizmlə bağlı olduğu ortaya çıxsa, o zaman pasient psixoloq və ya psixiatrlara yönləndirilir. Burada psixososial məşqlər çox önəmlidir”.


R. İbadova nevroloqa müraciətin nitq probleminin hansı səbəblə bağlı olduğunu araşdırmaq baxımından çox önəmli olduğunu vurğulayıb.


Nevroloqun sözlərinə görə, nitq qüsurun olmasına şübhə yaradan ciddi  siqnallardan biri uşağın adına reaksiya verməməsidir:

 

"Bir yaşında uşaq adını çağıranda reaksiya vermirsə, yaxud da məsələn, babasına "baba” demirsə, hər kəsə "baba” deyirsə, bu, söz deyil, heca hesab olunur".


R.İbadova nitq qüsurlarının bir sıra hallarda eşitmə probleminə bağlı olduğunu qeyd edərək deyib ki, bu problem nə qədər tez aşkarlanarsa, həlli üçün nə qədər tez tədbirlər görülərsə, uşağın nitqində olan qüsuru minimuma endirmək daha asan olar:

 

"Əgər uşaqda nitq ləngiməsi varsa, uşağın eşitmə qabiliyyətini yoxlayırıq. Erkən uşaqlıq dönəmində hər hansı zədələnmə baş verərsə, bu, beynin nitq mərkəzinin zədələnməsinə gətirib çıxara bilər. Nə qədər erkən diaqnoz qoyularsa, müdaxilə edilərsə, nəticə daha ürəkaçan olur".


Onun sözlərinə görə, daha çox qohum nikahlardan doğulan uşaqlarda eşitmə və nitq qüsurları müşahidə edilir.

 

Mütəxəssis nitq qüsurları ilə bağlı dərman müalicəsinin olub-olmaması barədə suala cavabında "Təəssüf ki, nitqi açan, problemi aradan qaldıran dərman yoxdur. Elə bir dərman elmə bəlli deyil ki, biz onu verəcəyik və uşaq danışacaq”, - deyə bildirib.


Həkim epilepsiyadan əziyyət çəkən uşaqlarda da nitq ləngiməsinin yarandığını söyləyib.


Nevroloq onu da vurğulayıb ki, uşağın davamlı şəkildə televizor, kompüter qarşısında oturması, planşet, telefondan istifadə etməsi nitq ləngiməsinə səbəb olur:

 

"Bunlar valideynlərin buraxdığı səhvlərdən biridir. Bunun nəticəsində uşaqda nitq ləngiməsi müşahidə olunur, bunlar uşaqların özünə qapanmasına şərait yaradır, sosiallaşmasına mane olur. Nitqin inkişafı üçün sosiallaşma əsas faktorlardan biridir"...




Загрузка...
Həmçinin oxuyun:
Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Uşaqlarda dizartriyanın müayinəsi - 3 mərhələdə...

Uşaqlarda dizartriyanın müayinəsi - 3 mərhələdə...

Kəkələmə xəstəlik deyil, tənbəllikdir

Kəkələmə xəstəlik deyil, tənbəllikdir

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Uşaqla bir dildə danışın - Valideynlər DİQQƏT

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Əqli gerilik xəstəlik deyil - Uşaqlarınızda bu hallar varsa...

Rotasizm - Dili düzgün saxlamaq bacarığını formalaşdırmaq üçün...

Rotasizm - Dili düzgün saxlamaq bacarığını formalaşdırmaq üçün...

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

9-cu sinif buraxılış imtahanlarına edilən dəyişikliyə elm xadimlərinin rəyi

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Qrant müsabiqəsi üzrə qalib layihələr - Məktəblilərə səlis danışmağın sirləri öyrədilir

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Uşaqların inkişafını ləngidən əşyalar - Bu əşyalar...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...