Twitterdə bu istifadəçilərin hesabı silinir
Məşhur sosial şəbəkə və mikrobloq olan Twitter bəzi istifadəçilərin hesabını silib.
Buna səbəb həmin istifadəçilərin Twitterdə ağ dərililərin üstünlüyündən bəhs edən paylaşımlarıdır. Buna görə də sosial şəbəkə bəzi istifadəçilərin hesablarının təsdiqlənməsi sistemini dəyişib. Twitterin bu addımı bir çox istifadəçinin hesabının bağlanmasına səbəb olub.
Qeyd edək ki, Twitter bəzi ağ dərili irqçilərin hesablarını təsdiqlədiyinə görə tənqid hədəfi olmuşdu. Bu səbəbdən də şirkət hesabların təsdiqlənməsi üçün yeni qaydalar tətbiq edir.
Qaydalara görə nifrət, təcavüz, şiddət və təhlükəli davranışları təbliğ edən, şirkətin digər qaydalarını pozan istifadəçilərin hesabları silinəcək.