İnternetdə virus nə vaxt aşkarlanıb?
1988-ci il noyabrın 2-də dünyada ilk dəfə internetin virusla yoluxdurulması faktı aşkara çıxarılıb.
Aztəhsil.com "ferra.ru” saytına istinadla xəbər verir ki, həmin gün ABŞ ərazisində altı min serverin – internetə qoşulan bütün kompüterlərin 10 faizinin işini iflic edən "Morris” adlı virus yaranıb.
Virus "Unix” sistemli kompüterlərin "sendmail” və "fingerd” proqramlarının məlum boşluqlarından istifadə etməklə və mini-lüğətdən istifadəçi parollarını seçməklə onları yoluxdurub. Sonradan məlum olub ki, virusun müəllifi Kornel Universitetinin aspirantı Robert Morrisdir. O, bu əməli ABŞ Milli Təhlükəsizlik Agentliyində çalışan atasının təkidi ilə törətdiyini etiraf edib. İlkin qiymətləndirməyə görə, virus 96,5 milyon dollar məbləğində ziyan vurub, buna baxmayaraq aspirant şərti cəza və kiçik məbləğdə cərimə ilə canını qurtara bilib.
Hazırda R.Morris Massaçussets Texnologiya İnstitutunun professorudur. Proqramın çıxış kodunun disketi Boston elm muzeyində saxlanılır.
Qeyd edək ki, məhz ABŞ aliminin bu əməli sayəsində insanlar informasiya təhlükəsizliyi barədə ciddi düşünməyə başlayıblar, çoxmilyardlı antivirus proqramları bazarı təşəkkül tapıb.