ADU-dan yeni qərar: Jurnalistika fakültəsi yaradılır
Azərbaycan Dillər Universitetində Jurnalistika və Filologiya fakültələrinin bir-birindən ayrılması nəzərdə tutulur.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.
O bildirib ki, yaxın gələcəkdə Jurnalistika fakültəsində təhsil alan tələbələr digər universitetdə təhsil alan tələbələrdən xarici dil bazasının üstünlüyü ilə fərqlənəcəklər. Rektor tələbənin istehsalat təcrübəsini inkişaf etdirilməsi üçün universitetin KİV-lərlə yaxından əməkdaşlıq edəcəyini də söyləyib.
Qeyd edək ki, hazırda ADU-da hazırda Jurnalistika fakültəsi Filologiya fakültəsinin tərkibində fəaliyyət göstərir.