Nazir: “İbtidai sinif müəllimlərinin 35 faizi 0-29 bal toplayıb”
“Müəllimlərin sertifikasiya imtahanı 2027-ci ildə yekunlaşacaq”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, məqsəd Azərbaycan məktəblərində şagirdlərə keyfiyyətli müəllimlərin dərs deməsidir:
“İmtahanlarda 38 min müəllim iştirak edib. İbtidai sinif müəllimlərinin 35 faizinin təkmilləşməyə ehtiyacı var. Onlar 0-29 bal toplayıblar. 51 və yüksək bal toplayanlayanlar 10 faiz təşkil edir. 55 faizi isə qənaətbəxş, yəni 30-50 bal toplayıblar”.