Məktəb bufetlərində satılan BU QİDALAR şagirdlərdə əqli gerilik, savadsızlıq yaradır - CİDDİ TƏHLÜKƏ
“Məktəb bufetlərində satılan bəzi qidalar şagirdlərdə əqli geriliyə səbəb olur”.
Bu sözləri AzEdu.az-a açıqlamasında qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov deyib.
Belə ki, Təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlmasında bağçalarda qidanın saxlanılması ilə bağlı ciddi problemlərin olduğunu söyləyib.
Ağa Salamov qida probleminin yalnız bağçalarda deyil, təhsilin digər pillərində də ciddi fəsadlara yol açdığını vurğulayıb:
"Hazırda yalnız bağçalarda deyil, məktəblərdə də qida ilə bağlı ciddi problemlər mövcuddur. Bütün bufetlərdə rəngli, qazlı, tərkibində asit olan içkilər satılır. Bu, da azyaşlılarda sümük əriməsinə səbəb olur. Uşaqlar isə isti havalarda məcbur qalaraq və su tələbatını ödəmək üçün bunlardan içirlər. Lakin uşaq və böyüklərin yeməkləri bir-birindən fərqlənməlidir. Fosfor turşusu olan içkilər uşaqlara satılır. Həmin məhsullarda PH (hidrogen göstəricisi) olduqca aşağıdır, bu, da insan orqanizmə ciddi təsir edir. Həmin suların tərkibində heç bir karbohidrat və vitamin yoxdur, şagirdlər onları içərək sağlamlıqlarına xeyir verə bilməyəcəklər. Onlar məcbur olaraq həmin zərərli maddələri qəbul edirlər, bu, da onlarda aqressiya və əqli geriliyə səbəb olur. Alzaymır və unutqanlıq kimi ciddi xəstəliklər də azyaşlıların belə qidaları qəbul etməsi sayəsində yaranır.
Bağçalara daxil olan məhsulların mənşəyi araşdırılmalıdır. Onun hansı tempraturda oraya çatması məlum olmalııdr. Süt. ağartı və toyuq məhsulları ciddi nəzarətdən keçməlidir. Toyuqlarda mikrobioloji çirklənmə olduğu zaman bu uşaqlara da təsir edir. Bağçalara gələn ətin emalına ciddi fikir verilməlidir. Onun hansı tempraturlu otaqda emalına ciddi nəzarət tətbiq edilməlidir. Həmçinin, onun emal prosesinə fikir verilməlidir. Bütün bunları araşdırmaq lazımdır. Onların şəraiti, tempraturu, hətta ərzaq doğranılan taxtanın təmizliyi araşdırılmalıdır. Ət doğranılan taxta ilə tərəvəz taxtaları ayrılmalıdır. Bu, da insanlar arasında zəhərlənməyə səbəb olur.
Təhsil Nazirliyi ciddi və vacib məsələyə toxunub”.