AzTehsil.com


Xəbərlər / Müəllim
19 may 2022
1 446


"Şuşa ili – Zəfərimizin tarixi” adlı məktəblilər üçün interaktiv muzey həftəsinə start verilib




 Cari ilin 18-24 may tarixlərində “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində bu il seçilən "Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqrama start verilib.


 Proqram Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlığı və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə icra edilir. 

 

         Proqramın məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi və bu sərəncama əsasən

Azərbaycan və Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayan Şuşa şəhərinin bu il 270 illik yubileyinin qeyd olunması məqsədi ilə milli-mədəni və tarixi irsimizin təbliğ olunması, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik qəhrəmanlığını, vətənpərvərliyini, fədakarlığını, milli-mənəvi dəyərlərə bağlılığını təbliğ etmək, Şuşada və Bakı  şəhərində  fəaliyyət  göstərən bir sıra tarixi abidələrin və muzeylərin  kolleksiya fondu ilə tanış  etməkdir.

 

Proqram çərçivəsində may ayının 18-24 tarixləri arasında hər gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Şuşa qalası,  Bülbülün ev-muzeyinə (Şuşa), Heydər Əliyev Mərkəzinə, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Azərbaycan İstiqlal Muzeyinə, Azərbaycan Respublikası Xalq Təhsili Muzeyinə, Azərbaycan Hərb Tarixi Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Tusi-Bohm Planetariuma,  Üzeyir Hacıbəyovun ev-muzeyinə, Bülbülün ev-muzeyinə, Qara Qarayevin ev-muzeyinə, ekskursiyalar təşkil ediləcək.

 Muzey həftəsi ərzində şagirdlərə muzeylərin bələdçiləri tərəfindən qorunan və ekspozisiyada nümayiş olunan eksponatlar, maddi-mədəni nümunələr haqqında ətraflı məlumat veriləcək.

"Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqramın onlayn formatda keçirilən açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, tarix üzrə fəlsəfə doktoru və əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin aparıcı mütəxəssisi Həlimə Tağıyeva, Şuşa şəhəri Ü.Hacıbəyovun ev-muzeyinin direktoru Nəsibə Eyvazova salamlama nitqi ilə çıxış ediblər.

         Mayın 18-də “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində "Şuşa ili – Zəfərimizin tarixi” adlı interaktiv proqramında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə, Şuşa şəhərində yerləşən Bülbülün ev muzeyinə və Şuşa qalasına “Zoom” platforması vasitəsilə onlayn ekskursiya təşkil olunub. 

 

Tədbirin sonu qonaqların şagirdlərin suallarını cavablandırması ilə yekunlaşıb.

     Qeyd edək ki, 18 may tarixi dünyanın 150-dən çox ölkəsində Beynəlxalq Muzeylər Günü (International Museum Day) kimi qeyd olunur. Bununla əlaqədar olaraq, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşəbbüsü ilə keçirilən “Məktəblilər üçün muzey həftəsi” layihəsinə start verilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Proqram çərçivəsində hər il mayın 18-dən 26-dək bir həftə ərzində Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzeyləri əhatə etməklə “Muzey həftəsi” keçirilir.












Загрузка...
Həmçinin oxuyun:
“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

Məktəblilər üçün muzey həftəsi keçirilib

“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur

“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

Məktəblilər üçün virtual muzey həftəsinə start verilib

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi davam edir

“Muzeylərimizi tanıyaq və tanıtdıraq” interaktiv ekskursiya layihəsi davam edir

“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur

“Qarabağın tarixi–mədəni irsi” respublika elmi konfransına məqalə qəbul olunur

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

Zəfər Gününə həsr edilən “Qarabağ Zəfəri-Şuşa” kitabı çapdan çıxıb

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika  müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Şuşanın işğal edildiyi tarixdən 30 il ötür

Şuşanın işğal edildiyi tarixdən 30 il ötür

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

ADU-da “Şuşa həsrəti”adlı dəyirmi masa keçirilib

“Şuşa ili” ilə bağlı tədbirlər müəyyənləşdirilib

“Şuşa ili” ilə bağlı tədbirlər müəyyənləşdirilib

Tələbələr arasında hekayə və esse müsabiqəsi: Ayrılmadı könül candan!

Tələbələr arasında hekayə və esse müsabiqəsi: Ayrılmadı könül candan!

"Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinə start verilib

"Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsinə start verilib

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib

Şuşa məktəblisi qaliblər sırasında

Şuşa məktəblisi qaliblər sırasında

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

Təhsil Nazirliyi “Biz Şuşadan danışırıq” videohekayə müsabiqəsi keçirir

Təhsil Nazirliyi “Biz Şuşadan danışırıq” videohekayə müsabiqəsi keçirir

“Şuşa ili” ilə bağlı astronomiya olimpiadası keçiriləcək

“Şuşa ili” ilə bağlı astronomiya olimpiadası keçiriləcək

Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları

Məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları

İlham Əliyev Şuşa ilə bağlı tapşırıq verdi

İlham Əliyev Şuşa ilə bağlı tapşırıq verdi

Şuşa belə azad edilib - ŞUŞA, SƏN AZADSAN filmi - VİDEO

Şuşa belə azad edilib - ŞUŞA, SƏN AZADSAN filmi - VİDEO

"Muzeylərimizi tanıyaq və tanıtdıraq”adlı interaktiv ekskursiya layihəsinə yekun vurulub-FOTO

"Muzeylərimizi tanıyaq və tanıtdıraq”adlı interaktiv ekskursiya layihəsinə yekun vurulub-FOTO

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib