AzTehsil.com


Xəbərlər
13 may 2022
1 213


İntihar edən məktəblini xilas etməyə çalışarkən xəsarət alan şəxs: “Çəkdiyim ağrı-acıya görə peşman deyiləm”




İntihar edən məktəbli qızı xilas etməyə çalışarkən ağır xəsarətlər alan gömrük işçisi artıq müalicəsini ev şəraitində davam etdirir.


 Zahid Niyazov bununla bağlı özü məlumat paylaşıb.


O, evə buraxıldığını, artıq müalicəsini ev şəraitində davam etdirdiyini qeyd edib:


“Artıq hər şey yaxşılaşıb. Sağlamlığıma qovuşduğuma görə əziyyəti keçən hər kəsə, həkimlərə təşəkkürümü bildirəm. Vəziyyətimlə maraqlanan hər kəsə minnətdaram. Çəkdiyim ağrı-acıya görə peşman deyiləm. Əfsuslar olsun ki, 17 yaşlı Xumar balanı xilas edə bilmədim. Buna görə çox üzülürəm, məyusam. Xumar balanın valideynlərinə başsağlığı verirəm. Allahdan o gözəl balamıza rəhmət diləyirəm”.


Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.




Загрузка...
Həmçinin oxuyun: