AzTehsil.com


Xəbərlər / Səhiyyə
12 may 2022
1 077


Yay aylarında Azərbaycanda koronavirusun güclü dalğası olacaq - Ekspert




Biz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir - bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.


Hazırda Parisdə olan ictimai səhiyyə eksperti, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (GAVI) müşaviri və BMT baş katibinin keçmiş müşaviri, professor Georgi Pxakadze Oxu.Az-a müsahibəsində qeyd edib ki, hamı ümid edir ki, koronavirus “qəfil ölsün”:


“Amma təəssüf ki, bu baş vermədi. İndi fırtınadan əvvəlki sükut hökm sürür, mən indiki vəziyyəti belə adlandırardım. Bölgəmizdə - Gürcüstan və Azərbaycanda, qardaş dövlətlərdə koronavirusa yoluxma hallarının növbəti dalğası çox tezliklə, iyun-iyul aylarında gözlənilməlidir.


Biz pandemiya ilə mübarizə aparırıq və bu, qlobal məsələdir. Dünyada baş verən hadisələri, statistikanı izləmək lazımdır. Bu, hörümçək toruna bənzəyir - bir hissədə tərpəniş baş verirsə, sonra bütün şəbəkəyə yayılır.


Baxın, indi Asiyada nələr baş verir. Çində COVID-19-a yoluxma halları artıb, onlar artıq nə edəcəklərini bilmirlər. Şanxay və Quançjou kimi şəhərlər tamamilə bağlanıb, Pekin də lokdauna doğru gedir.


Cəmi bir ay əvvəl Honkonqda epidemiya fəlakət həddinə çatdı. Ölənlər o qədər çox idi ki, yerli morqlarda yer qalmamışdı. Ölənləri soyuducularda saxlayırdılar. Və bu, yenə də təkrar edirəm, bir ay əvvəl idi. Üstəlik, Honkonq Vyetnam və Laos deyil, bu, güclü infrastrukturu və səhiyyəsi olan inkişaf etmiş bir şəhərdir.


Gəlin görək Afrikada nələr baş verir. İki həftədən çoxdur ki, orada yoluxma sayında artım var və hələ üç həftə əvvəl vəziyyət sabit idi.


İndi keçək Avropaya, burada əhalinin 80%-i beş yaşından başlayaraq, xüsusilə qeyd edirəm, protokol üzrə, əsas da xroniki xəstəlikləri olanlar üç, dörd, bəziləri isə beş dəfə peyvənd olunurlar. Bəs bizdə vəziyyət necədir? İndi sizinlə danışdığımız gün Parisdə 150 nəfər koronavirusdan öldü. Bu, koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə səviyyəsinin yenidən yüksəldiyini göstərir”.


Ekspert Cənubi Qafqaz regionunda yoluxmanın növbəti dalğasının yayda görünəcəyi barədə fikrini aşağıdakı formada əsaslandırıb:


“Baxın, hamı yorulub, hamı təmiz hava istəyir. İndi yazdır, tezliklə yay, tətil, çimərlik mövsümü başlayır. Ancaq koronavirus da pusqudadır. Gürcüstan və Azərbaycanda kifayət qədər peyvənd olunmamış insanlar var. Bundan əlavə, bir çoxları Çin peyvəndi ilə vaksinasiya olunub, hansı ki, xüsusilə də “Delta” və “Omikron” variantlarına qarşı çox təsirli olduğu sübut edilməyib. Bunu Sinqapur və Honkonq üzrə məlumatlar göstərib.


Eyni zamanda, Şərqi Avropada əhalinin əksəriyyəti koronavirusu asimptomatik formada keçirib. Əhalinin immun müdafiəsi var. Amma bizdə tam vaksinasiya olmadı və bu isə çox vacibdir.

Bu məsələdə mən həmişə Türkiyəni misal çəkirəm. Türkiyə Cümhuriyyəti hökuməti çox düzgün qərar verdi. Onların Çin peyvəndi var idi, lakin sonra “BioNTech”-“Pfizer”ə keçdilər. Türkiyə vətəndaşlarının təxminən 90%-i “Pfizer”lə peyvənd olunub. Çoxları beş doza vurdurub - iki Çin istehsalı, sonra üç “Pfizer”. Türkiyə çox düzgün addım atdı, ondan nümunə götürməliyik”.




Загрузка...
Həmçinin oxuyun:
Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı

Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı

Azərbaycanda bu tarixdə karantin rejimi ləğv edilə bilər - AÇIQLAMA

Azərbaycanda bu tarixdə karantin rejimi ləğv edilə bilər - AÇIQLAMA

Payızda koronavirusun növbəti dalğası gözlənilir? - Daha təhlükəli OLA BİLƏR…

Payızda koronavirusun növbəti dalğası gözlənilir? - Daha təhlükəli OLA BİLƏR…

BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı

BMT qlobal təhsilin xilas edilməsi planını açıqladı

Baş infeksionistdən koronavirusla bağlı sevindirici AÇIQLAMA

Baş infeksionistdən koronavirusla bağlı sevindirici AÇIQLAMA

Maskadan istifadə məcburiyyəti aradan qaldırılır? - Bu tarixdən etibarən ...

Maskadan istifadə məcburiyyəti aradan qaldırılır? - Bu tarixdən etibarən ...

Koronavirusun növbəti dalğası üçün əhaliyə tibbi təhsil verilir

Koronavirusun növbəti dalğası üçün əhaliyə tibbi təhsil verilir

Pandemiyanın dördüncü dalğası Azərbaycana da gələ bilər - AÇIQLAMA

Pandemiyanın dördüncü dalğası Azərbaycana da gələ bilər - AÇIQLAMA

Pandemiya bitməyib, yoluxmanın azalması virusun yoxa çıxması demək deyil - Adil Qeybulla

Pandemiya bitməyib, yoluxmanın azalması virusun yoxa çıxması demək deyil - Adil Qeybulla

Növbəti pandemiyaya hazırlaşmalıyıq – BMT baş katibi

Növbəti pandemiyaya hazırlaşmalıyıq – BMT baş katibi

Alimlərdən qorxunc proqnoz: Bütün dünyada internet kəsilə bilər

Alimlərdən qorxunc proqnoz: Bütün dünyada internet kəsilə bilər

Alimlər koronavirusun növbəti təhlükəli ştamı barədə xəbərdarlıq ediblər

Alimlər koronavirusun növbəti təhlükəli ştamı barədə xəbərdarlıq ediblər

“Payızda koronavirusun ikinci dalğası ilə üz-üzə qala bilərik” – Amerikalı mütəxəssisdən xəbərdarlıq

“Payızda koronavirusun ikinci dalğası ilə üz-üzə qala bilərik” – Amerikalı mütəxəssisdən xəbərdarlıq

Dünyada ən çox gəlir gətirən sahələr

Dünyada ən çox gəlir gətirən sahələr

Koronavirusa yoluxma azalır - ÜST-dən ŞAD XƏBƏR

Koronavirusa yoluxma azalır - ÜST-dən ŞAD XƏBƏR

Bill Qeyts: “Koronavirusu çiçək pandemiyası əvəzləyəcək, ölüm üç qat artacaq”

Bill Qeyts: “Koronavirusu çiçək pandemiyası əvəzləyəcək, ölüm üç qat artacaq”

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Məşhur professor tarix verdi - Bu aylarda pandemiya yumşalacaq

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda koronavirusa yoluxma günbəgün artır: Həkimdən HƏYƏCAN TƏBİLİ

Daha ölümcül ştam yaranacaq və... - Bill Qeytsdən ŞOK PROQNOZ

Daha ölümcül ştam yaranacaq və... - Bill Qeytsdən ŞOK PROQNOZ

Paradı canlı izləmək mümkün olacaq? - AÇIQLAMA

Paradı canlı izləmək mümkün olacaq? - AÇIQLAMA

Koronavirusun pik həddi qarşıdadır? - Baş infeksionist DANIŞDI

Koronavirusun pik həddi qarşıdadır? - Baş infeksionist DANIŞDI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? - Baş pediatr AÇIQLADI

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Bill Qeyts koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq edib

Bill Qeyts koronavirusdan daha pis pandemiya barədə xəbərdarlıq edib