Növbəti pandemiyaya hazırlaşmalıyıq – BMT baş katibi
BMT-nin baş katibi dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb.
Bu barədə bazar günü BMT-nin baş katibi Antoniu Quterreş məlumat verib.
O, qeyd edib ki, hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır. “COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Mövcud sağlamlıq böhranını həll edərkən, növbəti pandemiyaya hazırlaşmalıyıq”, – Quterreş tviter hesabında yazıb.
“Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni göstərək”, – dünya təşkilatının rəhbəri çağırıb.