İtaliyada COVID sertifikatları ləğv edildi
Mayın 1-dən etibarən İtaliyada insanların sıx olduğu yerləri ziyarət etmək üçün tələb olunan COVID sertifikatları ləğv edilib.
Sənəd yalnız mayın sonuna qədər ölkəyə giriş, eləcə də dekabrın 31-dək tibb müəssisələri və qocalar evlərini ziyarət üçün tələb olunacaq.
Bununa yanaşı, İtaliyada qapalı yerlərdə maska taxmaq öhdəliyi iyunun 15-dək uzadılıb.
Mənbə: TASS