Əhaliyə şad xəbər: Pandemiya bitir, qadağalar aradan qaldırılır
Azərbaycanda xüsusi karantin rejimi yumşaldılacaq.
Yaxın günlərdə pandemiya ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırılacaq. Belə ki, qapalı məkanlarda maska tələbi və məkanlara daxil olarkən COVİD pasportunun yoxlanılması tələbinin ləğvi gözlənilir.
Ümumdünya Səhiyyə Təşkilatı da bununla da tövsiyə verib.
Həmçinin quru sərhədlərin açılması, qatarların hərəkətinin bərpası da gözlənilir.
Artıq dünəndən etibarən Türkiyə və Rusiyada COVİD pasportu tələbi ləğv edilib. Türkiyədə qapalı məkanlarda maska tələbi də aradan qaldırılıb.
Eyni zamanda ABŞ prezidenti Cozef Bayden də dünən son dövrlərdə ilk olaraq maskasız çıxış edib. Bu həm də bir mesajdır ki, dünyada pandemiya bitir.
Xatırladaq ki, Azərbaycanda ilk yoluxma faktı 2020-ci il 28 fevralda qeydə alınıb.AZXEBER.COM