Xəbərlər / Səhiyyə
11 oktyabr 2021
963


COVID-19 pasportuyla bağlı daha bir tələb qüvvəyə mindi

COVID-19 pasportuyla bağlı daha bir tələb qüvvəyə mindi

 

Bu gündən etibarən Azərbaycanda məhkəmə binalarına giriş COVID-19 pasportu ilə mümkün olacaq.

Oktyabrın 6-da Ali Məhkəmə ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında yeni qərar verib.

Belə ki, "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarını nəzərə alaraq, Azərbaycanın məhkəmələrinə aşağıdakılar tövsiyə edilib:

2021-ci il 11 oktyabr tarixindən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya "Əks göstəriş” sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə "Əks göstəriş” sertifikatı) olması tələb edilsin.

Barəsində qətimkan tədbirinin seçilməsi və inzibati həbs tənbeh növünün tətbiqi məsələsi həll olunan şəxslər COVID-19 pasportu və ya "Əks göstəriş” sertifikatı olmadığı hallarda onların məhkəmə iclaslarında iştirakları videokonfrans əlaqə sistemindən istifadə edilməklə, bu mümkün olmadıqda və ya həmin şəxslərin məhkəmə iclasında şəxsən iştirakı zəruri olduğu hallarda onların sanitar-gigiyenik və tibbi-profilaktik qaydalara ciddi riayət etmək şərti ilə bilavasitə iştirakları təmin olunsun.

Təqsirləndirilən şəxslər (qətimkan tədbirlərinin seçilməsi məsələsi həll olunan şəxslər istisna olmaqla), azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlar və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsində göstərilən digər proses iştirakçılarının COVID-19 pasportu və ya "Əks göstəriş” sertifikatı olmadığı hallarda, habelə səhhətinin vəziyyəti onların məhkəmə icraatında bilavasitə iştirakını qeyri-mümkün etdiyi və həmin məcəllənin 51-2.1.1-51-2.1.4-cü maddələrində nəzərdə tutulmuş digər hallarda prosessual hərəkətlərin, eləcə də icraatın tamamilə və ya qismən videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsinə üstünlük verilsin.

Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görülsün.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi

Xüsusi karantin rejimi ilə bağlı yeni qərarlar qəbul edildi

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Bu tarixdən iş yerlərində COVID-19 pasportu tələb olunacaq - RƏSMİ

Nazirlikdən COVID-19 peyvəndi və immunitet sertifikatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO

Nazirlikdən COVID-19 peyvəndi və immunitet sertifikatı ilə bağlı XƏBƏRDARLIQ - FOTO

Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - RƏSMİ

Bu şəxslərə COVID-19 pasportu verilməyəcək - RƏSMİ

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

Sentyabrın 1-dən vətəndaşlardan harada COVID-19 pasportu tələb olunacaq?

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq – RƏSMİ

Tələbələrdən COVID-19 pasportu tələb olunacaq – RƏSMİ

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

COVID-19 pasportunu almaqla bağlı ən çox verilən suala RƏSMİ CAVAB

Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək

Açıq məkanda da maska taxmayanlar 100 manat məbləğində cərimələnəcək

Baş infeksionist: “Əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”

Baş infeksionist: “Əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”

Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar

Bu xəstəlikləri olanlar COVID-19-a qarşı peyvəndi vurdurmasınlar

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

COVID-19 pasportunu yoxlayan tətbiq hazırlandı - Bu tarixdən istifadəyə veriləcək

COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər olacaq - RƏSMİ

COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər olacaq - RƏSMİ

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

Məhkəmə Elinanın valdeynlərinin şikayətini təmin etmədi

Əks göstəriş sertifikatı necə alınır? - AÇIQLAMA

Əks göstəriş sertifikatı necə alınır? - AÇIQLAMA

Tovuzda məktəb direktoru valideynlərdən COVID-19 pasportu tələb edir – VİDEO

Tovuzda məktəb direktoru valideynlərdən COVID-19 pasportu tələb edir – VİDEO

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadılıb

Nümayəndəlik institutunun ləğvinin nə vaxt müzakirəyə çıxarılacağı məlum olub

Nümayəndəlik institutunun ləğvinin nə vaxt müzakirəyə çıxarılacağı məlum olub

COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılacaq? - DƏQİQ CAVAB

COVID-19 pasportu olmayan valideynlər məktəbələrə buraxılacaq? - DƏQİQ CAVAB

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Operativ Qərargah məlumat yayıb – Mayın 31-dən bu qadağalar ləğv olunur

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Təhsil Nazirliyinin sabiq əməkdaşına hökm oxunub

Əks-göstəriş sertifikatı almaq istəyənlər nə etməlidir? - AÇIQLAMA

Əks-göstəriş sertifikatı almaq istəyənlər nə etməlidir? - AÇIQLAMA

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs müddəti uzadıldı

10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun həbs müddəti uzadıldı

Rüşvət alan məktəb direktoruna hökm oxunub

Rüşvət alan məktəb direktoruna hökm oxunub