AzTehsil.com


Xəbərlər / Valideyn
01 may 2022
1 534


Uşaqlarda olan diqqət çatışmazlığının FƏSADLARI – Şizofreniya təhlükəsi




Uşağınızda diqqət çatışmazlığı var? Bu gələcəkdə hansı problemlərə səbəb ola bilər? Nə zaman həyacan təbili çala bilərik?


Bizim.Media xəbər verir ki, əvvəllər valideynlərin diqqət çatışmazlığı deyərək üstündən keçdiyi məqamlar gələcəkdə böyüməkdə olan uşaqlarda ciddi problemlərə yol aça bilər.


Üzdə səthi görünən diqqətsizliklər gələcəkdə şizofreniyaya kimi uzana bilər.


Ailələr aktiv uşaqlarına “hiperaktiv”, dərsə qulaq asmayan uşaqlarına isə “diqqət çatışmazlığı var” deyirlər. Ancaq reallıqda diqqət çatışmazlığı və hiperaktivlik çox fərqli simptomlarla özünü göstərir. Diqqət əskikliyi ilə başlayan vəziyyət müalicə olunmazsa, bəzi mənbələrə görə proses şizofreniyaya qədər uzanır.


Gündəlik qarşılaşdığımız amma fərqinə varmadığımız simptomlar bunlardır:


Diqqət əskikliyinin əlamətlərini sıralayarkən əsas nəzərə çarpacaq məqam ailələrin gündəlik həyat təcrübələrində uzun müddət müəyyən məqamlara diqqət yetirə bilməsidir ki, bunu hər kəs bacarmır. Bu cür uşaqlar əsasən verilən istiqamətləri yerinə yetirə bilməməyi xoşlayırlar. Misal üçün təlimatdan sonra uşaq yemək yemək üçün qaşığı tutmalıdır. “Qaşığı tut, yeməyini ye” - deyərkən uşağın dəfələrlə bunu etmədiyi zaman həyacan təbilini çala bilərik.


Ətraf mühitdən və dostlarından tez-tez uzaqlaşmaq istəyən uşaqlar adətən özlərinə qapılır və qapalı həyat keçirməyə çalışırlar.


Bu kimi hallar isə gələcəkdə onlrada dostları ilə davamlı münasibət qurulmasında çətinlik yaradır. Məhz buna görə də bəzi məqamlarda mütəxəsisslər valideynlərə uşaqları maraqlı və intellektual tədbirlərə aparmaq və mümkün qədər sosiallaşdırmağı tövsiyə edirlər.




Загрузка...