Bolnisidəki məktəblərdə kitab çatışmazlığı araşdırılır - Nazirlik
"Gürcüstanın Aşağı Qoşakilsə və Yuxarı Qoşakilsə kəndlərindəki Azərbaycan dili, Azərbaycan tarixi və Ədəbiyyat dərsliklərinin çatışmazlığı bizim diqqət mərkəzimizdədir. Təhsil Nazirliyi məsələ ilə məşğul olur”.
Aztəhsil.com xəbər verir ki, bunu hafta.az-a açıqlamasında Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib.
Cəsarət Valehovun sözlərinə görə, nazirlik mütəmadi olaraq vaxtında dərs vəsaitlərini ölkəmizin Gürcüstandakı səfirliyinə çatdırır:
"Səfirlik isə həmin dərsliklərin Gürcüstandakı məktəblərimizə çatdırılmasına nəzarət edir. Bolnisi rayonundakı həmin kəndlərdə müvafiq dərsliklərin çatdırılıb-çatdırılmamasını diqqətdə saxlayırıq. Məsələni araşdıracağıq”.