AzTehsil.com


Xəbərlər / Saglam həyat
24 aprel 2022
757


Hərdən adlar, sözlər yaddan çıxırdı... Çay içəndə fincanı bir tərəfə əyirdim ... – Onkoloji xəstələrdə qeyri-adi simptomlar




əzən demək istədiyini unutmaq, nə etmək istədiyini bilməmək, çay içəndə əlin titrəməsi, fincanın əyilməsi kimi ilk baxışdan əhəmiyyətsiz simptomlar sonradan onkoloji şiş aşkarlanan xəstələrin xatırladıqları məqamlardır.


London Kral Kollecinin həkimləri xərçəng xəstələrinin xəstəlik tarixçələrini qeydə alaraq, onların diaqnoz qoyulandan öncə özlərində hiss etdikləri qeyri-adi əlamətləri toplayıblar.


Stress, qocalıqla səhv salınan xərçəng


Xəstələrin çoxu onlarda baş verən dəyişikliklərin yorğunluq, stress, yaşlanma ilə bağlı olduqlarını  düşünüblər.


Ekspertlər 39 pasiyentlə söhbət aparıblar. Hər bir xəstə əhəmiyyət vermədiyi əlamətləri xatırlayıb. Bunlar o qədər kiçik şeylər olub ki, həkimə getməyə belə səbəb hesab edilməyib.


" Biz bu qeydləri açıqlamaqla diqqəti erkən diaqnostikaya yöməltmək istəyirik. Bu əlamətlər xəstəliyin işarəsi ola bilər. Ən kiçik detal, dəyişiklik belə diqqətdən qaçmamalıdır" -deyə tədqiqatşılar bildirib.


Bir çox xəstələrin hekayələri, əlamətləri hətta oxşardır:


" Çay içəndə mənə elə gəlirdi ki, fincanın bir tərəfi əyilir, əsir - deyə 63 yaşlı qadın yada salır- Amma mənim ağlıma gəlməzdi ki, xərçəng var. Elə bilirdim qocalıqdandır".


" Mən çox yorulurdum. Əvvəlki kimi işləyə bilmirdim. Hamı yorğunluqdan şikayət edirdi"-  33 yaşlı pasiyent deyir.


" Gündüzlər yatmaq istəyirdim. Yuxum gəlirdi. Elə bilirdim normal haldır, axı 50 yaşım olurdu".


" Danışanda sanki dilim topuq vurur, dolaşırdı. Bu çox az çəkirdi, sonra düzəlirdi".


"Çox vaxt demək istədiyimi unurdum,  bildiyim sözü xatırlaya bilmirdim"


Çox xəstələr isə hardansa kənar, heç vaxt duymadıqları bir qoxudan bəhs ediblər. Halbuki başqaları bu qoxunu hiss etmirdilər.


Bu əlamətlərə görə həkimə getməyi ağılsızlıq hesab edən xəstələr qiymətli vaxtı əldən qaçırıblar.


Beləliklə, xərçəngönü və artıq xərçəng olan insanda bu əlamətlərdən bir çoxu müşahidə edilir:


- Qısa müddətdə dildə, yazıda geriyə qalma, kəkələmə, çətinlik


- Diqqət və yaddaşın pozulması


- Koordinasiya, əl hərəkəti, gəzmədə dəyişiklik


- Yuxunun pozulması


- Həddən artıq yorğunluq


- İşığa, rəngə, səsə, qoxuya, yeməyə qarşı həssaslıq


- Xarakterin dəyişməsi, sakit adamın qıcıqlı olması, əsəbi adamın durğunluğu


Xüsusən beyində rast gəlinən 70 cür şiş xəstəliyində şişin yerləşdiyi yerdən asılı olaraq, müxtəlif nevroloji problemlər ola bilər. Pasiyent bu əlamətləri gördükdə, ilk növbədə nevroloqa müraciət etməlidir. Daha sonra isə MRT olunmalıdır. medisina.az




Загрузка...
Həmçinin oxuyun:
Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Tibb dünyasında YENİLİK - Bu xəstəliklə bağlı...

Uşaqlarınızda bu əlamətlər varsa - Diqqətli olun

Uşaqlarınızda bu əlamətlər varsa - Diqqətli olun

Həkimlərdən uşaqlarda SAXTA KORONAVİRUS xəbərdarlığı

Həkimlərdən uşaqlarda SAXTA KORONAVİRUS xəbərdarlığı

Azərbaycanda da aşkarlanan “Delta” ştammının əlamətləri nələrdir?

Azərbaycanda da aşkarlanan “Delta” ştammının əlamətləri nələrdir?

Zəif immun sisteminin ƏLAMƏTLƏRİ

Zəif immun sisteminin ƏLAMƏTLƏRİ

İsti çay içənlər üçün ŞAD XƏBƏR - Göz təzyiqi riskiniz...

İsti çay içənlər üçün ŞAD XƏBƏR - Göz təzyiqi riskiniz...

Stresdən necə çıxmaq olar?

Stresdən necə çıxmaq olar?

İmtahan stressinin psixoloji xüsusiyyətləri - ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

İmtahan stressinin psixoloji xüsusiyyətləri - ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Yaddaş pozğunluğu zamanı nə etməli?

Yaddaş pozğunluğu zamanı nə etməli?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər

Su çiçəyi dəridə ömürlük izlər buraxa bilər

XƏBƏRDARLIQ: Uşaqlar arasında yeni virus yayılıb - ƏLAMƏTLƏR - VİDEO

XƏBƏRDARLIQ: Uşaqlar arasında yeni virus yayılıb - ƏLAMƏTLƏR - VİDEO

İmtahan stressinin psixoloji xüsusiyyətləri

İmtahan stressinin psixoloji xüsusiyyətləri

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

İmtahan stressini necə azaltmaq olar. Psixoloqun tövsiyələri

İmtahan stressini necə azaltmaq olar. Psixoloqun tövsiyələri

Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA

Uşaqlar arasında yayılan virus “Delta plus” ştammıdır - AÇIQLAMA

Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq

Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq

DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?

DİQQƏT! Məndə koronavirus varmı? – NECƏ BİLMƏLİ?

Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Yeniyetmələrdə depressiya. Səbəb və həll yolları

Yeniyetmələrdə depressiya. Səbəb və həll yolları

İnsultun əlamətləri - 2 dəqiqəniz var!

İnsultun əlamətləri - 2 dəqiqəniz var!