Bakıda tullantıların yandırıldığı məktəbin rəhbərliyinə xəbərdarlıq edildi -VİDEO
Xətai Rayon İcra Hakimiyyəti məktəblərin ərazisində məişət tullantılarının yandırılması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məlumat araşdırılıb:
“95 nömrəli məktəbin ərazisində iməcilik keçirilib və ehtiyatsızlıq edilib. Məktəb rəhbərliyinə irad tutulub və bir də belə halların olmaması üçün məsələ nəzarətdə saxlanacaq”.
Həmin şikayətlə bağlı görüntüləri təqdim edirik: