Nazirlik: Təhsil şöbələri ləğv edilməyəcək
“Təhsil şöbələri ləğv edilməyəcək”.
Bunu Təhsil Nazirliyinin (TN) Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.
Onun sözlərinə görə, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı anlamına gəlmir: “Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcək”.