Vəfa Yaqublu: Məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmur
“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmur”.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, bu gün fəaliyyət göstərən həmin qrupların sayı bir-beş yaşlı uşaqları tam əhatə etmir:
“Ona görə də məktəblərin nəzdində həmin qrupların yaradılması da məhz bu boşluqları doldurmaq üçün nəzərdə tutulub. Bu səbəbdən hazırda uşaqların məktəbəhazırlıq səviyyəsində əhatəliliyi 90 faiz civarındadır.
Bağçadakı uşaqları da buraya əlavə etdikdə bu göstərici təxminən 98 faiz olur. Odur ki, məktəblərdəki qrupların ləğvi düzgün qərar olmaz”.