Vəfa Yaqublu paytaxt məktəblərində vakant yerlərin az olmasının səbəbini açıqlayıb
"İl ərzində paytaxtda hər bir fənn üzrə cəmi 1 və ya 2 vakant yer açılır. Bu da Bakıda demoqrafiyanın çox olması ilə əlaqədardır”.
AzTehsil.com "Report” -a istinadən xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu müəllimlərin işə qəbulu imtahanları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, vakant yerlər daha çox ucqar ərazilərdəki məktəblərdə qalır: "Çünki bir çox namizəd imtahanda iştirak edir, ancaq müəyyən səbəblərdən işləmək istəmirlər. Buradan müəllim olmaq istəyən namizədlərə səslənirəm ki, doğurdan da ürəkdən müəllimlik peşəsinə yiyələnmək istəyənlər düşdüyü yerdən asılı olmayaraq işləsələr yaxşı olar”.
Nazirlik rəsmisi bildirib ki, insanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir: "Bu isə mümkün deyil. Biz vakant yerlər üzrə işləyirik. Bu günə qədər məktəblərdə həddindən artıq müəllim olduğundan optimallaşdırma, onların hamısının normal əməkhaqqı alması üçün minimum 18 saatlıq stavkaya malik olmalıdırlar. Əgər hansısa müəllim pensiyaya gedir və ya hər hansı səbəbdən işdən çıxırsa, başqaları üçün vakant görünə bilər. Əslində isə normal əməkhaqqı almaları üçün müəllimin iş saatları digərləri arasında bölünür. Bunlar da nəzərə alınmalıdır”.
"Bu gün rayonlarda, dağ kəndlərinin məktəblərində vakant yerlər olsa da, namizədlərin əksəriyyəti ora işləmək üçün getmirlər. Bu gün əksəriyyət yaşadığı yerdə işləmək istəyir. Bu gün dövlət universitetlərinə tələbə qəbul edilərkən bu yerlər nəzərə alınır. Bakıda əhalinin sıx yaşadığı yerlərdə isə vakant yerlər məhduddur”, – V.Yaqublu qeyd edib.
Şöbə müdiri MİQ-də vakant yerlərin nəyə əsasən təqdim edildiyindən danışdı
Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA
Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib
Müəllimlərin işə qəbulu haqqında yeni MƏLUMAT - VAKANT yerlər ...
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər
Nazirlikdən müəllim işləmək istəyən namizədlər üçün keçid balı ilə bağlı AÇIQLAMA
2016-2017-ci tədris ili üçün orta ümumtəhsil məktəblərində vakant yerlər açıqlandı
Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb
Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin SİYAHISI
Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır
“Vakant yerlərin çoxluğu rayonlarda yeni idarələrin yaranması ilə bağlıdır”
Vəfa Yaqublu-"Müəllimlərin oxu sürətinin aşağı olması sualların çətin olduğu təəssüratını yaradır"
Ən çox və ən az vakant yer verilən rayonlar –Drektor olmaq istəyən namizədlərin diqqətinə
SABAH qruplarında müəllim işləmək istəyənlər üçün müsabiqə elan edildi
2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə vakant yerlər
Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO
Direktorların işəqəbul imtahanlarında vakant yerlər – Ən çox və ən az yer ayrılan rayonlar
Eşqi Bağırov: Ümumtəhsil müəssisələrində 8 mindən çox vakant müəllim yeri var
Məleykə Abbaszadə: "Gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"
SABAH qruplarında müəllim işləmək istəyənlər üçün şans
Vakant yerlərin sayı açıqlandı.
Müəllimlərin işə qəbulunda YENİLİK
Vəfa Yaqublu: “Qiymətləndirmədən narazı qalan şagirdlərə ikinci şans veriləcək”