Koronavirusun yeni dalğası: Şanxaya on mindən çox həkim göndərildi
Çin hakimiyyəti koronavirusun “Omikron” ştammının yayılmasının qarşısının alınması üçün on mindən çox tibb işçisini, o cümlədən iki min hərbçini Şanxaya göndərib.
Hazırda iki həftədir karantin rejiminin qüvvədə olduğu Şanxayda təxminən 26 milyon insan koronavirus testlərindən keçirilir. Səlahiyyətli orqanlar bir neçə obyekti COVID-19 virusunu yüngül və simptomsuz keçirən xəstələri yerləşdirmək üçün xüsusi təcrid mərkəzlərinə çeviriblər.
Müəssisələr və maliyyə şirkətləri işçilərini təcrid edərək fəaliyyətlərini davam etdirə bildikləri halda əksər mağazalar və ticarət müəssisələri bağlanıb.
“General Motors Co” və “Volkswagen AG” avtomobil istehsalı zavodları rəhbərliyinin verdiyi məlumata görə, işlərini davam etdirməklərinə baxmayaraq, “Volkswagen” ehtiyat hissələrinin tədarükündə fasilələr yaranması səbəbindən bu istiqamətdə istehsalın azaldılması məcburiyyəti yaranıb.
Bazar ertəsi Çində gündəlik 13 mindən çox COVID-19-a yoluxma hadisəsi aşkar edilib ki, bunlardan təxminən 12 mini simptomsuz olub. Təxminən doqquz min yoluxma Şanxayda, daha 3,5 min yoluxma isə ölkənin şimal-şərqindəki Jilin əyalətində aşkarlanıb.
Mənbə: İnterfaks.ru