AzTehsil.com


Xəbərlər / Maraqlı
26 mart 2022
1 622


Dünyanın ən böyük yırtıcısının yeni bacarığı üzə çıxıb




Çikaqodakı Filds Muzeyinin amerikalı paleontoloqları Yer kürəsinin ən böyük yırtıcı dinozavrları olan spinozavrların yeni qabiliyyətini aşkar ediblər.


Məlum olub ki, vəhşi heyvan suyun altında üzə bilib.


Alimlər spinozavrların və bu ailədən olan digər nümayəndələrin sümüklərinin və kəllələrinin sıxlığını tədqiq ediblər. Ən azı iki növ spinozavrın müasir su məməliləri (ördəklər, pinqvinlər, suitilər, balinalar və başqaları) ilə təxminən eyni sümük qalınlığına malik olduğu aşkar edilib. Bundan əlavə, adıçəkilən dinozavrların sümükləri müasir quru heyvanlarından daha sıx olub.


Həmçinin, müəyyən edilib ki, heç də bütün spinozavrlar bu qabiliyyətə malik olmayıb. Ümumilikdə isə yırtıcı həyatının çoxunu quruda keçirib.


Mənbə: lenta.ru




Загрузка...