Dəyişkən hava kimlərə pis təsir edir?
Havanın dəyişkənliyi insanlara fərqli təsir göstərir və bundan hər üç nəfərdən biri şikayət edir. İnsan hər zaman təbiətlə həmahəng olur: yağan yağış, axan çaylar, çıxan günəş onun əhvalına və fiziki durumuna təsirsiz ötüşmür. Lakin bununla birlikdə təbiət hadisələrinə daha həssas olan insanlar var.
Həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib ki, havanın dəyişməsi insan orqanizminə bilavasitə təsir göstərən xarici mühit amillərindəndir: "Həmin təsir nəticəsində sinir sistemində və bununla əlaqədar olaraq mərkəzi və vegetativ sinir, eyni zamanda, immun sisteminin qoşulması orqanizmdə bir sıra dəyişikliklərin yaranması ilə nəticələnir. Xroniki və hipertoniya xəstəliyi olanlar daha çox meteohəssas olur”.
Meteohəssaslıq əsasən özünü bir neçə saat davam edən baş ağrıları, pis əhval-ruhiyyə, tez yorulma və zəiflik əlamətləri ilə göstərir. Bütün bunlara isə güclü külək, qar, yağış, maqnit qasırğası və günəşdə olan partlayışlar səbəb ola bilər. Meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq da mümkündür.
Həkim-terapevt onu da deyib ki, iqlim dəyişikliyinə həssas olanlar xarici mühit amillərinə qarşı orqanizmin müqavimətini artırmağa çalışmalıdırlar: “Təmiz havada çox olmaq, günəş şüarları, xüsusilə ultrabənövşəyi şüalar qəbul etmək, yay aylarında dəniz çimərliklərində olmaq, normal əmək və istirahət rejiminin saxlanılması, zəngin vitaminli qidaların qəbulu xarici mühit amillərinə qarşı müqaviməti artırır və həssaslığı azaldır”.
Bundan başqa mütəmadi olaraq normal yuxu təbiətin şıltaqlığı ilə mübarizədə kömək edə bilər. Nanə, lavanda, evkalipt, qızılgülün efir yağlarından vanna qəbulu isə əhval-ruhiyyəni və immuniteti yüksəldir, sinir sisteminin sakitləşməsinə və emosiyaların nəzarətdə saxlanılmasına kömək edir.
Ürəyi isti havanın təsirindən qoruyan DƏMLƏMƏ
Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə yoxsa depressiya? TESTlə yoxlayın
Günəşdən Yerə doğru plazma seli gəlir
Səssizlik sinirləri və ürəyi müalicə edir
Alimlər bu ay 3 geomaqnit qasırğası olacığını açıqlayıblar
Zəif immun sisteminin ƏLAMƏTLƏRİ
Həkim-nevropatoloq: Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər
Xoşbəxtlik hormonu...
Şəhər səs-küyünün insan sağlamlığına təsiri açıqlanıb
Koronavirusa yoluxan şəxslərdə bu fəsadlar qalır - Həkimlər AÇIQLADI
Uşaqlarda qurdları təmizləyən TƏBİİ RESEPTLƏR
“Azərbaycanda universitet tələbəsi tozlu havadan zərbə alır” – Görmədiyimiz gizli problem
Hava dəyişəndə uşaqları necə qoruyaq? –VALİDEYNLƏRİN NƏZƏRİNƏ
Azərbaycanda maqnit qasırğası gözlənilir
İnsanları tez qocaldan 5 ƏSAS SƏBƏB
Yaşıl alçanın faydaları
Soyuğa davamsızlıq. SƏBƏBLƏR
Ən faydalı səhər yeməyi
Çox çay içmək nə üçün ziyanlıdır?
Dəniz havasının ŞƏFAVERİCİ GÜCÜ
Xərçəng hüceyrələrini məhv edən qida
Fəsil dəyişkənliyi və sağlamlıq