AzTehsil.com


Xəbərlər / Ekspert
19 mart 2022
861


Nadir israfilov: “Hər Novruz bayramı yaxınlaşanda...”




“Nəyisə unutmaq, yaxud unutmamaq insanın iradəsi xaricindədir.”


Novruz bayramı ərəfəsi idi. Fövqaladə vəziyyət elan olunmasına, komendatura rejiminin tətbiq edilməsinə baxmayaraq, xalq öz milli-mənəvi dəyərlərinə biganə deyildi, gizli və açıq formada bayram əhval- ruhiyyəsi hiss olunurdu. Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər. 


Nəsimi rayonu Təhsil şöbəsinin müdiri idim. Xəbər gəldi ki, təcili olaraq o zamanlar “Qorkom” adlanan Bakı şəhər partiya komitəsinin büro iclasına gəlməliyəm. Hətta, hansı məsələnin müzakirə olunacağı barədə belə məlumat vermədilər. Deyilən vaxtda Qorkomda oldum. Büro iclasına xeyli məktəb direktorları, universitet rektorları və digər rəhbər işçiləri toplamışdılar. Zalda əyləşənlər içərisində rəhbərlik etdiyim təhsil müəssisələrinin işçilərindən bir neçə nəfəri də gözümə dəydi. 

İlk olaraq, paytaxtda vəziyyətin gərginliyi səbəb gətirilərək hər hansı bir müzakirəyə ehtiyac olmadığı barədə qabaqcadan xəbardarlıq etdilər. Qısa məlumat xarakterli arayışın oxunuşundan sonra, büronun arayışdan dəfələrlə uzun qərarı oxundu. Cəzalandırılanlar içərisində mən də var idim. O zamanlar üçün dəbdə olan “За политической близорукости” (siyasi səbatlılığını, uzaqgörənliyini itirdiyinə görə) və s. ağır ittihamlara əsasən mən tutduğum vəzifədən azad olunurdum. Hamı ağzına su alıb susmuşdu.


Sən demə, müəllimlər və uşaqlar da daxil olmaqla, bir neçə təhsil müəssisəsinin kollektivı şəhidlərimizin ruhunu yad etmək üçün, milli geyimdə və bayram sovqatları ilə “Şəhidlər xiyabanı” istiqamətində hərəkət edərkən sovet hərbiçiləri tərəfindən “yaxalanmışlar” və dərhal bu barədə şəhər rəhbərliyinə məlumat verilibmiş. Bu isə fövqaladə vəziyyətlə bağlı rejimin “normativlərinə” zidd imiş...


Yeganə müdafiəmə qalxan Raykomun I katibi mərhum Afiyəddin Cəlilov oldu. Büro üzvləri onun hörməti və nüfuzu qarşısında duruş gətirə bilmədilər. Mənim bir müddət əvvəlki partiya töhmətimi yada salanların can-fəşanlığı da elə bir səmərə vermədi. Nəhayət, uzun çək-çevirdən sonra, “tutduğu vəzifədən azad olunma” cəzası, “partiya uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət”lə əvəz olundu. Əvvəlki töhməti isə mənə elə həmin büroda bir sıra ermənilərin Respublikamızı tərk etmələrinə mane olmadığıma, yəni öz xahişləri ilə işdən azad olunmaları barədə ərizələrini imzaladığıma görə vermişdilər.


Bununla belə, fövqaladə rejim “aşiqləri” öz inadlarından da əl çəkmədilər. Rejimə sədaqətlərini nümayiş etdirmək və komendaturaya yarınmaq üçün bir neçə öndə gedən rəhbər işçini, o cümlədən bizim rayonun bir məktəb direktorunu, onun müavinlərini, mədəniyyət klubunun müdirini tutduqları vəzifələrindən azad etdilər. Nə var, nə var klubun müdiri uşaqları milli geyimlə təmin etmiş və Novruz şənliklərinə hazırlaşmaq üçün onlara klubda şərait yaratmışdı.


Arzu və ümid edək ki, bu, mənim və mənim kimi həyat yolu keçənlərin Novruz bayramı ilə bağlı son acı xatirəsi olsun... 





Загрузка...
Həmçinin oxuyun:
Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM

“Bahar çələngi” adlı layihəyə start verilir

“Bahar çələngi” adlı layihəyə start verilir

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

Bayram günlərinin sayı AÇIQLANDI - RƏSMİ

Bayram günlərinin sayı AÇIQLANDI - RƏSMİ

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

Sabahdan 9 günlük Novruz tətili başlayır

Sabahdan 9 günlük Novruz tətili başlayır

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Dərslər nə vaxt başlayacaq?

Dərslər nə vaxt başlayacaq?

Gələn ay 9 gün iş olmayacaq

Gələn ay 9 gün iş olmayacaq

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Nadir İsrafilov: "Bəlkə də, elə rusdilli olduğumdan bu gənc yaşımda, bu məsul vəzifə mənə həvalə edilmişdi"

Karantində Novruz tətilini necə keçirək? - VİDEO

Karantində Novruz tətilini necə keçirək? - VİDEO

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

20-22 yanvar günləri iş olacaqmı?

20-22 yanvar günləri iş olacaqmı?

5-ci sinif şagirdi tonqalda yanıb

5-ci sinif şagirdi tonqalda yanıb

Bakıda məktəb direktorundan özbaşınalıq: Karantin qaydaları pozulub - ÖZƏL + FOTO/VİDEO

Bakıda məktəb direktorundan özbaşınalıq: Karantin qaydaları pozulub - ÖZƏL + FOTO/VİDEO

Məktəblər yenidən bağlanır? - Nazirdən AÇIQLAMA

Məktəblər yenidən bağlanır? - Nazirdən AÇIQLAMA

"Məqsədimiz uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır" - Nazir müavini

"Məqsədimiz uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır" - Nazir müavini

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”

“Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.”