AzTehsil.com


Xəbərlər / Müəllim
02 mart 2022
4 340


“Müəllim öz dərsi ilə məşğul olmalıdır” - Təhsildə kağız-kuğuz işi nə vaxt bitəcək? – ÖZƏL AÇIQLAMA




Dünən nazir Emin Əmrullayev keçirdiyi brifinqdə  təhsil sahəsində mövcud olan və hər kəsi narahat edən bir sıra vacib məqamlara toxunub. Nazir bildirib ki, bəzi hallarda müəllimlər məktəbdə birbaşa uşağın öyrənməsinə xidmət edən fəaliyyətlə deyil, digər inzibati işlərlə məşğul olurlar. Bu, aparılan monitorinqlər zamanı məlum olub. Həqiqətən də son dövrlər həm müəllimlər, həm də şagirdlər bu vəziyyətdən narazılıq edir. Sosial şəbəkələrdə bununla bağlı şikayətlərin sayı-hesabı yoxdur. Hər kəs müəllimin sənəd yazmaqdan dərsə vaxt ayıra bilmədiyini söyləyir.


Bəs görəsən bu problemin həlli üçün hansı işlər görülməlidir?


AzTehsil.com xəbər verir ki, Mövzu ilə bağlı KONKRET.az-ın suallarını təhsil eksperti Nadir İsrafilov cavablandırıb. 




O bildirib ki, müəllimin vəzifəsi dərs dediyi şagirdlərin bilik və bacarıqlarını formalaşdırmaqdır: “Təəssüf ki, son zamanlarda müəllimlərin iş yükü həddən artıq çoxalıb. Kurikulum sisteminin tətbiqindən sonra  problemlər daha da artmağa başlayıb. Kurikulum məzmun islahatıdır. Lakin bu sistemdə qiymətləndirmə mexanizmi hazırlandı. Summativ, formativ, diaqnostik qiymətləndirmə və sair. Bütün bunlar müəllimin işini xeyli ağırlaşdırır. Vaxtilə beş ballıq qiymət sistemi var idi. İndi isə müəllim kağız-kuğuzun içindədir. Bütün bunlar lazımsız həngamədir. Müəllim proqram materialını hazırlayaraq şagirdə çatdırmalıdır. Texnologiya əsrində yaşayırıq. Hadisələr, proseslər sürətlə dəyişir. İndi qiymətləndirmə mexanizmi ilə bağlı elə bir vəziyyət yaranıb ki, müəllim təhsillə məşğul olmağa imkan tapmır. Son dövrdə bu məsələ mediada da işıqlandırılıb. Təhsil ekspertləri də öz fikirlərini bildirib. Summativlərlə bağlı bəzi məsələlər nəzərdə tutulur. Təhsil naziri özü də son brifinqdə bu məsələyə diqqət yetirdi. Hesab edirəm ki, bu gün təhsilin keyfiyyətindən danışırıqsa müəllimin əsas işi kimi onun dərsə hazırlaşmasına imkan yaradılmalıdır”.


Ekspert qeyd edib ki, müəllimi əlavə prosedurlardan azad etmək lazımdır: “Bu gün müəllimin əlavə qayğıları da artırılıb. Nazir dünənki çıxışında bu məsələyə toxundu. Ona görə də bu istiqamətdə mütləq iş aparılmalıdır. Müəllim hesabatlılıq prinsipindən azad olunmalı, öz dərsi ilə məşğul olmalıdır. Əlavə işlər müəllimə həm də psixoloji təsir göstərir. Təhsildə mümkün qədər kağız-kuğuz işindən imtina edilməlidir. Bütün bunlar qiymətləndirmə mexanizmi ilə bağlıdır. Ona görə də qiymətləndirmə mexanizminin yenilənməsi və daha da təkmilləşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Yəqin ki, lazımi işlər görüləcək”.




Загрузка...
Həmçinin oxuyun:
Nazirdən İRAD: “Müəllimlər uşaqların öyrənməsinə xidmət edən fəaliyyətlə məşğul olmurlar”

Nazirdən İRAD: “Müəllimlər uşaqların öyrənməsinə xidmət edən fəaliyyətlə məşğul olmurlar”

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

Nadir İsrafilov: “Müəllimlərin dərsə hazırlıqsız gəlmələri uzun illərdir yaşanan problemdir”

EKSPERT RƏYİ-Hələlik vəziyyət o dərəcədə kritik deyil.

EKSPERT RƏYİ-Hələlik vəziyyət o dərəcədə kritik deyil.

Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualları cavablandırıb

Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualları cavablandırıb

Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

Nazir müavini bəzi müəllimləri qınadı: “Öz ixtisaslarından 0-9 bal toplayıblar”

Nazirdən dərslərin başlanması ilə bağlı AÇIQLAMA

Nazirdən dərslərin başlanması ilə bağlı AÇIQLAMA

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

Nazir:“Bəzən müəllimlər narazılıq edirlər, lakin onlar şagirdləri öyrətməyə çalışmalıdır”

Nazir:“Bəzən müəllimlər narazılıq edirlər, lakin onlar şagirdləri öyrətməyə çalışmalıdır”

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

NADİR İSRAFİLOV : Müəllim dərsin sahibidir, onu izləmək və buna əsasən nəticə çıxarmaq yersizdir.

Təhsil eksperti Misir Mərdanovun dövründən danışdı - "Ardı var"

Təhsil eksperti Misir Mərdanovun dövründən danışdı - "Ardı var"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Şagirdlərin dərs yükü bizi narahat edir

Şagirdlərin dərs yükü bizi narahat edir

Saçı uzun olduğu üçün şagirdə irad bildirən müəllimlə bağlı nazirdən açıqlama

Saçı uzun olduğu üçün şagirdə irad bildirən müəllimlə bağlı nazirdən açıqlama

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Nadir İsrafilov: “Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.”

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmayacaq? – Təhsil Nazirliyindən açıqlama

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

Məktəblərimizin eyni PROBLEMi - Valideyinlər bunu məcburiyyətdən edirlər

Məktəblərimizin eyni PROBLEMi - Valideyinlər bunu məcburiyyətdən edirlər

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Müəllim  yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalır.

Müəllim yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalır.

Yeni təhsil naziri: Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur

Yeni təhsil naziri: Müəllimin gözəl geyinib, özünü məmur kimi aparmasının heç bir faydası yoxdur

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Dərs proqramı ağır, əyləncə yox: uşaqlar bezir...

Dərs proqramı ağır, əyləncə yox: uşaqlar bezir...