Kiyevdə yeraltı keçiddə qalan azərbaycanlı tələbələr başqa şəhərə köçürüldü - RƏSMİ
“Ukraynanın paytaxtı Kiyevdə yeraltı avtomobil dayanacağında qalan doqquz Azərbaycan vətəndaşı daha təhlükəsiz şəhərə yola düşüb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı bildirib.
O deyib ki, neçə gündür avtodayanacaqda çətin vəziyyətdə qalan doqquz azərbaycanlı tələbə nəhayət ki, Kiyevdən digər bir şəhərə yola düşüb:
“Onlarla yanaşı başqa bir tələbə də Kiyevdən köçürülüb. Onların sağ-salamat Azərbaycana gələcəyini gözləyirik”.
Qeyd edək ki, bir neçə gün əvvəl doqquz tələbə Kiyevdə yeraltı avtomobil dayanacağında gizləndiklərini, yerlərinin soyuq olduğunu və qida ehtiyatlarının olmadığını bildirmişdilər.