32 yaşlı lisey müəllimi pedofil çıxdı - Şagirdinə yazdığı mesajlar yayıldı - FOTO
Türkiyənin Tekirdağ bölgəsinin Şarköy rayonunda 16 yaşlı şagirdinə intim mesajlar göndərən 32 yaşlı lisey müəllimi "uşağa qarşı cinsi təcavüz" ittihamı ilə həbs edilib.
AzTehsil.com haberler.com-a istinadən xəbər verir ki, Şarköy Anadolu Liseyinin 32 yaşlı müəllimi Ç.A. mobil telefonu ilə 16 yaşlı şagirdi E.N.T.-yə mesaj göndərdiyi iddia edilir.
Mesajlardan narahat olan tələbə vəziyyəti ailəsinə izah edib və polisə şikayət edib. Vəzifəsindən uzaqlaşdırılan müəllim haqqında da məhkəmə istintaqı başlayıb.
Ç.A. ifadəsində "Hər hansı cinsi cinayət törətməmişəm. Hətta cinsi və fiziki təmasda olmamışam. Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm. Sərbəst buraxılmasını tələb edirəm" deyib.