Şagird sinif yoldaşının burnunu sındırdı
Bakıda məktəblilər arasında dava olub.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisindəki məktəblərdən birində qeydə alınıb.
Həmin məktəbin 11-ci sinif şagirdləri arasında düşən dava zamanı məktəblilərdən biri baş zərbəsi ilə Kənan Şabutovun burnunu sındırıb.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən araşdırma aparılır.