Xəbərlər
11 aprel 2020
1 298


Məktəblərdən oğurluq edən şəxs saxlanılıb

 

Bakıda məktəblərdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, BŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki orta məktəblərin birinin sinif otağından 748 manat dəyərində proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.İdrisov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun digər bir orta məktəbdən 1 ədəd proyektor və 2 ədəd noutbuk oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır. (APA)
Məqalə Göndər








Загрузка...