Bu dərsliklər ilk dəfə olaraq 2021-ci ildə istifadəyə verildi – Nazirliyin hesabatı
Bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.
Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
Ümumi təhsil müəssiələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.
Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, həmin dərsliklərlə müəllim və valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib. azedu.az