AzTehsil.com


Xəbərlər / Müəllim
02 yanvar 2021
1 249


Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi



Ötən il birinci siniflərə qəbul edilən uşaqların sayı bilindi

 

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.

Bu barədə Təhsil Nazirliyinin yaydığı hesabatda qeyd edilib.

Eyni zamanda, bildirilir ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşaq cəlb olunub. Məktəbəhazırlıq qruplarına qəbul https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib.

Azərbaycanda ötən il ölkə üzrə 50 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib. Pandemiya dövründə "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində UNICEF-in maliyyə dəstəyi ilə "Mədəniyyət” kanalında "Oynayırıq və öyrənirik” adlı teledərslər nümayiş olunub.

2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

2020-ci ildə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 233 214 nüsxə dərslik və metodik vəsait çap edilib. 2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif "Azərbaycan dili (tədris dili)”, I sinif  "Riyaziyyat”, I sinif "Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan” Nəşriyyatının "İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı "Happy Campers” dərsliyi də var. Yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.



Загрузка...
Həmçinin oxuyun:
2019-2020-ci tədris ili – Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər təhsil

2019-2020-ci tədris ili – Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər təhsil

Yeni dərsliklər istifadəyə verildi

Yeni dərsliklər istifadəyə verildi

Bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib

Bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib

Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

Yeni tədris ili üçün çap ediləcək dərsliklərin sayı açıqlandı

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

Sabah 165 mindən çox uşaq birinci sinfə gedəcək

164 mindən çox şagird I sinfə gedir

164 mindən çox şagird I sinfə gedir

Növbəti tədris ilinə I və V siniflər üçün bəzi fənlər üzrə ilk dəfə dərslik tərtib edilib

Növbəti tədris ilinə I və V siniflər üçün bəzi fənlər üzrə ilk dəfə dərslik tərtib edilib

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Bakıda bu qədər məktəb əsaslı təmir edilib

Məktəbəqədər təhsillə bağlı teledərslər

Məktəbəqədər təhsillə bağlı teledərslər

2019-cu il rəqəmlərdə- icma əsaslı məktəbəqədər təhsil

2019-cu il rəqəmlərdə- icma əsaslı məktəbəqədər təhsil

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

2019-2020-ci tədris ilində 1 525 016 şagirdin təhsil alacağı proqnozlaşdırılır

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib

Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər

Ehtiyat dərsliklər 6 min birinci sinif şagirdi ilə təkrar sınaqdan keçirilə bilər

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qruplarına mediatur

Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

Ən çox müzakirə olunan dərsliklər – Bütün fənlər üzrə 2018-ci ilin STATİSTİKASI

10 minə yaxın uşaq üçün təhsil imkanı

10 minə yaxın uşaq üçün təhsil imkanı

Məktəbəhazırlıq qrupları üçün dərslik çap ediləcək?

Məktəbəhazırlıq qrupları üçün dərslik çap ediləcək?

Bu siniflər üçün dərsliklər yenidən hazırlanacaq - RƏSMİ

Bu siniflər üçün dərsliklər yenidən hazırlanacaq - RƏSMİ

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılacaq

Məktəbəhazırlıq qruplarına 27136 uşaq cəlb olunacaq

Məktəbəhazırlıq qruplarına 27136 uşaq cəlb olunacaq

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi

3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır

Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır