AzTehsil.com


Xəbərlər / Saglam həyat
22 dekabr 2021
1 170


Uşaqlar arasında xəstəliklərin yayılmasının səbəbləri açıqlanıb





“Məktəb və bağçaların açılması, ünsiyyət mühitinin genişlənməsi uşaqlar arasında xəstəliklərin artmasına səbəb olub. Çünki bu zaman üst və aşağı tənəffüs yolları infeksiyaları aktivləşir”.


“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

O qeyd edib ki, bəzən uşaqlar xəstə olduğu zaman ətrafındakıları da tez bir zamanda yoluxdururlar: “Əlamətlər əsasən qızdırma, öskürək, burun axıntısı, halsızlıq, iştahsızlıq kimi özünü büruzə verir. Valideynlər övladlarının mütəmadi şəkildə xəstələnməsindən çox narahat olurlar. Əslində uşaqlar fərqli viruslara yoluxur, sadəcə əlamətlər eynidir. Təbii ki, uşaqlar da koronavirusa yoluxa bilər. Amma onların mövsümi xəstəlikləri COVID-19 deyil”.


Nazirlik rəsmisi bildirib ki, pandemiya dövründə bəzi valideynlər övladlarına peyvənd vurdurmaqdan ehtiyat edirlər: “Hətta etdirilməsi mütləq olan peyvəndlər gecikdirilir. Bu səbəbdən və ünsiyyət artdığından xəstəliklərə yoluxma ehtimalı da artmış olur. Qızılca və digər təkrar artma təhlükəsi olan xəstəliklərə yenidən rast gələ bilərik. Odur ki, buradan valideynlərə səslənirəm ki, bütün peyvəndləri vaxtında vurdursunlar. Xüsusilə də qrip virusuna qarşı peyvənd vurulmalıdır. Bu peyvəndi 6-cı aydan sonra vurdurmaq mütləq şəkildə tövsiyə olunur”.


E.Rəhimovun sözlərinə görə, ilk 6 ayda körpələrdə tez-tez xəstələnmə müşahidə olunmur: “Çünki həmin müddətdə anadan körpəyə cift yolu ilə keçən qoruyuculuq olur. 6-cı aydan sonra qoruyucu funksiyalar azalır. Ana südü də körpələri qoruyur. 6 ay-2 yaş müddətində ünsiyyət artır və nisbətən tez-tez xəstələnmə olur. Bu müddətdə ayda iki dəfə xəstələnmə normaldır. Ən pik xəstələnmə göstəricisi bağça yaşlarında - 2-5 yaşda qeydə alınır. Lakin xəstələnmə tezliyinin səbəbini araşdırmaq lazımdır. 6 yaşdan yuxarı uşaqlarda isə xəstələnmə tezliyi aşağı düşür”.




Загрузка...
Həmçinin oxuyun:
Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq

Uşaqlar arasında yayılan yeni qrip: Öskürək, qusma, halsızlıq

Nazirlik: "Məktəblərin açılması uşaqlar arasında yoluxma hallarını artırıb"

Nazirlik: "Məktəblərin açılması uşaqlar arasında yoluxma hallarını artırıb"

Valideynlərin nəzərinə: Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

Valideynlərin nəzərinə: Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb

Baş pediatrdan valideynlərə uşaqla bağlı XƏBƏRDARLIQ - Bunu etməyin!

Baş pediatrdan valideynlərə uşaqla bağlı XƏBƏRDARLIQ - Bunu etməyin!

Nazirlikdən uşaqlar arasında virus xəstəliyinin geniş yayılması ilə bağlı MÜNASİBƏT

Nazirlikdən uşaqlar arasında virus xəstəliyinin geniş yayılması ilə bağlı MÜNASİBƏT

Uşaqlar arasında yayılan virusların qarşısının alınması üçün valideynlər nə etməlidir?

Uşaqlar arasında yayılan virusların qarşısının alınması üçün valideynlər nə etməlidir?

Bu uşaqlar koronavirusu ağır keçirirlər - Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Bu uşaqlar koronavirusu ağır keçirirlər - Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Bu uşaqlar məktəbə buraxılmamalıdır

Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan infeksiya haqda AÇIQLAMA

Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?

Bakı məktəblərində uşaqlar arasında yayılan xəstəlik nədir?

Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis

Uşaqlara peyvəndlər mütləq vurulmalıdır - Mütəxəssis

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Pediatr: “Bu hallarda uşaqların böyüklərlə ünsiyyətinə icazə verməyin” - AÇIQLAMA

Uşaqları virusdan necə qorumalı? Pediatr izah edir

Uşaqları virusdan necə qorumalı? Pediatr izah edir

Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Əgər virusa yoluxma baş veribsə… Pediatrdan MƏSLƏHƏT

Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

Bu, təlaş deyil, həqiqətdir... - MÜTƏXƏSSİS RƏYLƏRİ

Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO

Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı gözlənilir

Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında mədə-bağırsaq xəstəliklərinin artımı gözlənilir

Bu yaşda uşaqlar koronavirusa daha çox yoluxur

Bu yaşda uşaqlar koronavirusa daha çox yoluxur

İnfeksiya uşaqlar arasında sürətlə yayılır... - Pediatrdan həyəcan təbili

İnfeksiya uşaqlar arasında sürətlə yayılır... - Pediatrdan həyəcan təbili

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Pandemiya xəstəxanasının pediatrı: “Koronaviruslu uşaqlara antibiotik təyin edilmir” - MÜSAHİBƏ

Birinci sinifə gedən uşaqlar niyə ağlayır? -SƏBƏB

Birinci sinifə gedən uşaqlar niyə ağlayır? -SƏBƏB