Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün imtahanın nəticələri elan olunub
Peşəkar Mühasib Sertifikatı almaq istəyən namizədlər üçün 2021-ci il noyabrın 28-də keçirilən imtahanın II mərhələsinin nəticələri elan olunub
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 28 noyabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib. İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahan Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 313 nəfər iştirak edib.
Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 9-10 və 13 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcəkdir.