Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi noyabrın 21-də keçiriləcək
Dövlət İmtahan Mərkəzinin server və şəbəkə avadanlıqlarında aparılan texniki işlərlə əlaqədar peşəkar mühasib sertifikatı imtahanının I mərhələsində iştirak etmək üçün qeydiyyat müddəti uzadılıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeydiyyat noyabrın 15-i saat 14:00-dək davam edəcək. Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi noyabrın 21-də keçiriləcək.