Xəbərlər
03 dekabr 2021
878


Elektrik qızdırıcısı məktəbdə yanğına səbəb oldu: Şagirdlər təxliyə edildi


Şəmkirdə məktəbdə yanğın olub.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.


Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.


Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.

Məqalə Göndər








Загрузка...