Azərbaycan-Türkiyə birgə universiteti yaradılacaq
Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı müzakirələrə başlanılıb.
Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı brifinqdə deyib.
Nazir bildirib ki, iki ölkənin razılığı ilə ali təhsil ocağının reallaşması ciddi iş tələb edir. Bir az vaxt aparacaq, amma çalışırıq ki, növbəti tədris ilinə hazır olaq.