Emin Əmrullayev YÖK rəhbəri ilə görüşüb
Noyabrın 1-də Türkiyədə səfərdə olan təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvarla görüşüb.
Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrdən məmnunluq hissi ifadə olunub, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında ikili diplom proqramının əhəmiyyəti vurğulanıb.