Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Noyabrın 29-da təhsil naziri Emin Əmrullayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Maykl ilə görüşüb.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.