Bakı məktəblərində psixoloq ştatı artırıla bilər - RƏSMİ
“Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq”.
Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
M.Vəliyeva bildirib ki, bu sahədə boşluqlar var:
“Hazırda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır. Mütəmadi olaraq bu istiqamətdə maarifləndirici konfrans və seminarlar təşkil olunur. Çünki risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər var”.