Birinci qrupa sənəd verənlər informatikadan imtahan verəcək?
Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər.
Dövlət İmtahan Mərkəzi 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər müraciət edib. Mektebgushesi.az xəbər verir ki, DİM tərəfindən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:
“Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.
Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirmişdi ki, 2022-2023-cü ildə I qrupda informatika üzrə ixtisasını seçən abituriyentlər həmin qrupda kimyadan yox informatika fənnindən imtahan vermələri ilə bağlı müzakirələr aparılır. M.Abbaszadənin bu açıqlaması ictimaiyyətdə narazılığa səbəb olmuşdu.
Bu yeniliyin 2023-cü ildən tətbiqi düzgün hesab olunmurdu. Buna səbəb kimi isə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə hazırlaşan məzunların informatika üzrə hazırlıq keçməsinə kifayət qədər vaxtın qalmaması əsas göstərilirdi.