Magistraturaya sənəd qəbulunun vaxtı AÇIQLANDI
“Magistraturaya sənəd qəbulu yəqin ki yanvar ayından başlayacaq”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bütün imtahan cədvəlləri Operativ Qərargahla razılaşdırıldıqdan sonra sənəd qəbuluna başlanacaq:
“Cədvəli hazırlamışıq. Təsdiqlənəndən sonra sənəd qəbuluna başlayacağıq. Qaydalara əsasən, magistraturaya qəbul bir mərhələdə həyata keçirilir. Ötən il bakalavrlara iki cəhd imkanı verdik. Qapanmalar olmasa, bu il də belə bir imkan yaratmağa çalışacağıq”.