AzTehsil.com


Xəbərlər / Müəllim
16 noyabr 2021
1 263


Bu ilin sonunadək 5 yarış və müsabiqənin keçirilməsi nəzərdə tutulur




Təhsil Nazirliyi tərəfindən noyabr-dekabr ayları ərzində təhsildə rəqəmsallaşdırma, proqramlaşdırma, robot texnikası, mühəndislik, startap layihələrin hazırlanması üzrə şagird və tələbələr üçün 5 fərqli yarış və müsabiqənin keçirilməsi nəzərdə tutulur.


Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Minecraft Global Challenge 2021” çərçivəsində III-XI sinif şagirdləri üçün təşkil olunan “Qarabağı birlikdə quraq!” müsabiqəsinin məqsədi şagirdlərdə alqoritmik, məntiqi və tənqidi düşüncə, proqramlaşdırma və kodlaşdırma bacarıqlarını formalaşdırmaqdır. Eyni zamanda, Qarabağın tarixi və bərpası məsələsinə diqqət çəkmək, Qarabağda aparılan quruculuq işlərini dünya və ölkə ictimaiyyətinə təqdim etməkdir. Yerli müsabiqədə uğur qazanan şagirdlər ölkəni beynəlxalq müsabiqədə təmsil edəcəklər.


Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı keçirilən “EdTech Startap” müsabiqəsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud problemlər üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır. Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr komanda şəklində təhsil sahəsində mövcud olan bir problem seçib verilən müddət ərzində onun həllini təmin edən layihə üzərində işləyəcəklər.


Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “First Lego League Azərbaycan” mühəndislik və robot texnologiyaları yarışı isə şagirdləri elm, texnologiya, fizika və riyaziyyat dünyası ilə tanış edən turnirdir. Şagirdlər bu turnirdə gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda şəklində işləmək kimi vacib bacarıqları inkişaf etdirirlər.


“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi isə Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.


“PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunan süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir. Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə “PolyUp” Azərbaycan müsabiqəsində şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf edəcək, eləcə də yaradıcılıq bacarıqlarını nümayiş etdirəcəklər.




Загрузка...
Həmçinin oxuyun:
“Qarabağı birlikdə quraq!” müsabiqəsi davam edir

“Qarabağı birlikdə quraq!” müsabiqəsi davam edir

Təhsil Nazirliyi III-XI sinif şagirdləri üçün “Qarabağı birlikdə quraq!” müsabiqəsi keçirir

Təhsil Nazirliyi III-XI sinif şagirdləri üçün “Qarabağı birlikdə quraq!” müsabiqəsi keçirir

Şagirdlər üçün mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək

Şagirdlər üçün mühəndislik və robot texnologiyaları yarışı keçiriləcək

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

“Minecraft Education Edition” oyun-əsaslı tədris mühitindən pulsuz faydalanmaq imkanı

Məktəblilər arasında müsabiqə keçiriləcək

Məktəblilər arasında müsabiqə keçiriləcək

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

VIII-XI sinif şagirdləri “Ədəbiyyat biliciləri” müsabiqəsində -II mərhələ

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ikinci mərhələsi keçiriləcək

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə  təmsil edəcək

BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Mühəndislik və robot texnikası üzrə olimpiadanın qalibləri beynəlxalq çempionatda

Məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması məqsədilə müsabiqə keçirilir

Məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması məqsədilə müsabiqə keçirilir

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

“Sabahın alimləri” X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Uşaqlar üçün robot-pişik hazırlanıb

Uşaqlar üçün robot-pişik hazırlanıb

Məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması məqsədilə müsabiqə keçirilir

Məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması məqsədilə müsabiqə keçirilir

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsi keçirilir

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları təlimi keçiriləcək

VII sinif şagirdləri arasında fənn müsabiqəsinin birinci mərhələsi

VII sinif şagirdləri arasında fənn müsabiqəsinin birinci mərhələsi

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika üzrə videodərslər

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib

"Qarabağın musiqi tarixi – aşıq sənəti" onlayn respublika müsabiqəsinə start verilib