Xəbərlər
25 aprel 2017

Aprelin 25-də "Şabran bilik kuboku I" yarışmasının birinci turunun ilk oyunu keçirilib.

Aprelin 25-də "Şabran bilik kuboku I" yarışmasının birinci turunun ilk oyunu keçirilib.

 

Yarışı Rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov öz çıxışı ilə açıq elan edərək iştirakçılara uğurlar arzulayıb.
 
Oyunda  T. Abbasov adına şəhər 1 nömrəli, Rəhimli, Uzunboyad, Aygünlü kənd tam orta məktəbləri və O. Bəşirov adına şəhər 2 nömrəli, Sincanboyad, Vələsli kənd ümumi orta məktəblərin komandaları yarışıblar.  
Növbəti turda iştirak hüququnu isə T. Abbasov adına şəhər 1 nömrəli, Aygünlü və Uzunboyad kənd tam orta məktəblərin komandaları qazanıblar.
 

Aprelin 25-də "Şabran bilik kuboku I" yarışmasının birinci turunun ilk oyunu keçirilib.

 

Qeyd edək ki, Birinci tur 5 mərhələdən ibarətdir, hər mərhələsində 7 komandanın iştirak etdiyi oyundan növbəti tura ən çox xal toplamış üç, ümumilikdə isə 15 komanda keçəcək.
 
Yarışma Şabran Rayon Təhsil Şöbəsi tərəfindən təşkil olunur, bütün Şabran rayon ümumtəhsil məktəblərinin cəlb olunduğu yarışmanın 4 turdan ibarət olacağı və mayın sonlarına qədər davam etməsi planlaşdırılıb.
 

Aprelin 25-də "Şabran bilik kuboku I" yarışmasının birinci turunun ilk oyunu keçirilib.

 

Yarışın təşkil olunmasında əsas məqsəd şagirdlərin fənlərə marağının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi, onlarda rəqbət qabiliyyətinin inkişaf etdirilməsidir.
 

Aprelin 25-də "Şabran bilik kuboku I" yarışmasının birinci turunun ilk oyunu keçirilib.

 

Gülər Hüseynova(Şabran təhsil şöbəsi, ictimiayyətlə əlaqələr üzrə məsul şəxs)





Загрузка...
loading...