AzTehsil.com


Xəbərlər
15 noyabr 2021
937


2022-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib




Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2022-ci il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.


Komissiyadan verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydalara uyğun hazırlanmalı və 2022-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.


Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.


Əsərlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Dövlət Mükafatına təqdim olunur.


Fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuralarda müzakirədən sonra və ya Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı ittifaqların qərarı ilə Dövlət Mükafatına təqdim edilir.


Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər Dövlət Mükafatına təqdim edilə bilməz.


Dövlət Mükafatı bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə, eyni zamanda bir neçə əsərə görə Dövlət Mükafatı verilmir.


Bir qurum tərəfindən Dövlət Mükafatına yalnız bir əsər təqdim edilə bilər.


Dövlət Mükafatları Komissiyasının ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68. Azərbaycan Respublikasının Nazirlər Kabineti.


Əlaqə telefonu: 492-22-65. E-mail: [email protected]




Загрузка...
Həmçinin oxuyun:
Dövlət Mükafatlarına təqdim edilən işlər məlum oldu – SİYAHI

Dövlət Mükafatlarına təqdim edilən işlər məlum oldu – SİYAHI

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Təhsil Nazirliyi haqqında Əsasnamədə dəyişikliklə bağlı Przidentin fərmanı

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Qızıl medal və mükafat almaq istəyən alimlər üçün müsabiqə elan edildi

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Tanınmış alimin 90 illik yubileyi qeyd olundu

Ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması qaydası ilə bağlı qərar verildi

Ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması qaydası ilə bağlı qərar verildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

Prezident İlham Əliyev TQDK "Əsasnamə"sinə dəyişikliklər etmək barədə fərman verib

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Pensiyalarla bağlı DƏYİŞİKLİK

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

"2018-ci il üçün iş vaxtının norması"nda və "2018-ci ilin istehsalat təqvimi"ndə dəyişikliklər edilib

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edildi

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Aprelin 9-u və 10-u qısa iş günü olacaq

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdirilir - SƏRƏNCAM

Milli Məclis Təhsil haqqında qanunu müzakirə ədəcək

Milli Məclis Təhsil haqqında qanunu müzakirə ədəcək

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

Gənc alimlərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlandı

2020-ci il üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq

2020-ci il üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq

Qazaxıstanda təhsil üçün təqaüd proqramına sənəd qəbulu davam edir

Qazaxıstanda təhsil üçün təqaüd proqramına sənəd qəbulu davam edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

AMEA 2017-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Nazirlər Kabineti bu müəlliflərin əsərlərini dövlət varidatı elan etdi -SİYAHI

Nazirlər Kabineti bu müəlliflərin əsərlərini dövlət varidatı elan etdi -SİYAHI

Ləğv edilmiş qurumlarda işləmək üçün imtahan verənlərin aqibəti necə olacaq?

Ləğv edilmiş qurumlarda işləmək üçün imtahan verənlərin aqibəti necə olacaq?

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

Dövlət himninin TƏLƏBLƏRİ dəqiqləşdi - Himn oxunarkən sağ əl ürəyin üstünə qoyulmalıdır - Yeni SƏNƏD

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

"Təhsil haqqında" qanuna dəyişiklik üçün Prezident fərman verdi

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

AMEA doktoranturaya və dissertanturaya qəbul elan edib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib

“Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib